Elmar Məmmədyarov Zöhrab Mnatsakanyan ilə görüşü �mühüm fikir mübadiləsi� adlandırıb
Bakı/27.09.18/Turan: Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 3 saatdan çox davam edən danışıqlar münaqişənin həlli, habelə bölgədə dayanıqlı sülhün bərqərarı və bundan ötrü atılacaq addımlarla bağlı maraqlı və mühüm fikir mübadiləsi olub. Gələn ay həmsədrlərin bölgəyə səfəri zamanı danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşünün yekunlarını KİV-ə şərh edərkən bildirib.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz