Erdoğan İ.Əliyevi Qüdslə bağlı sammitə dəvət edib
Bakı/09.12.17:Turan: Türkiyə prezidenti Recep Tayyip Erdoğan dekabrın 9-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib və onu İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə sammitinə dəvət edib.
Azərbaycan prezidentinin saytında yer alan məlumata görə, Əliyev İstanbulda keçiriləcək sammitə dəvəti qəbul edib.
Dövlət başçıları bundan sonra da islam dünyasının maraqlarını müdafiə edəcəkləri barədə ortaq fikir bildiriblər. Əliyev "islam həmrəyliyinin dəstəklənməsi" missiyasına görə Erdoğana minnətdarlığını bildirib.
Sammitin məhz nə zaman keçiriləcəyi açıqlanmır. -16D-
-
- Cəmiyyət
- 9 Dekabr 2017 13:38
-
- Aktual Reportaj
- 9 Dekabr 2017 22:11
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz