"Gürcü Arzusu" yeni prezident seçir
"Gürcü Arzusu" yeni prezident seçir
Azərbaycan parlamentində yeni prezident seçkiləri keçirilir. Yeganə namizəd "Gürcü Arzusu"nun irəli sürdüyü ali təhsili olmayan keçmiş futbolçu Mixail Kavelaşvilidir.
Üç çağırış parlamentin deputatı olan Kavelaşvili anti-Qərb bəyanatları, iclaslarda dava-dalaşları və senzuradankənar leksikadan istifadə etməsi ilə ictimaiyyətin yadında qalıb.
Bir çox vətəndaşlar onun namizədliyinin irəli sürülməsini prezident institutunun və bütünlükdə dövlətin təhqir olunması kimi qiymətləndiriblər.
Müxalifət parlamentin işində iştirak etmir və öz namizədini irəli sürməyib, yeni prezidenti isə tanımayacağını bəyan edib.
Hazırkı prezident Salome Zurabişvili prezident seçkilərini "parodiya" və "təxribat" adlandırıb. Müxalifət kimi, o da parlamenti qeyri-legitim hesab edir.
Zurabişvili ölkədə yeni prezident seçkiləri keçirilənə qədər səlahiyyətlərini dayandırmaq niyyətində deyil.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə deyib ki, dekabrın 29-da Kavelaşvilinin inauqurasiyasından sonra Zurabişvili "təqaüdə çıxmalı" olacaq.
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz