president.az

president.az

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Aİ-nin Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi üzrə danışıqlarda istinad etdiyi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydaları Aİ-nin Azərbaycandan alacağı qazın qiymətinə şamil edilməməlidir.

Dekabrın 23-də dövlət başçısının ölkənin 4 iri telekanalına müsahibəsindən belə nəticəyə gəlmək olar.

“Sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Bunun da bir neçə səbəbi var”, - İ.Əliyev deyib.

Onun sözlərinə görə, birinci əsas məsələ ticarətlə bağlıdır.

“Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bizim ixracımızın əsas hissəsi hələ ki neft-qaz məhsullarıdır. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır”, - o bildirib.

İ.Əliyev ikinci mühüm məqam kimi energetikanı göstərib. “Bu, enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir? Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır (($58). Avropa bazarlarında isə daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Belə çıxır ki, biz daxili qiyməti kəskin artırmalıyıq ki, bu da qəbuledilməzdir, ya da qazı  $58-a ixrac etməliyik ki, bu da mümkün deyil. Odur ki, biz bu iki əsas məsələni razılaşdırmalıyıq”, - İ.Əliyev əlavə edib.  

EKSPERTLƏRİN AÇIQLAMALARI

Azərbaycan 2020-ci ilin dördüncü kvartalında özündə genişləndirilmiş Cənubi Qafqaz qaz kəməri (“Şahdəniz” yatağından Gürcüstan ilə Türkiyə sərhəddinə qədər), TANAP (Türkiyə ərazisində) və TAP (Yunanıstan, Albaniya və İtaliya ərazisində) birləşdirən yeni “Cənub” qaz dəhlizi (CQD) üzrə Avropaya qaz ixracına başlamalıdır.

Bu qazın tədarükünə dair müqavilələr 2013-cü ildə Türkiyə ilə (ildə 6 mlrd. kubmetr qaz) və Avropada 9 şirkətlə (ildə 10 mlrd. kubmetr, bunun 8 mlrd. kubmetri İtaliya üçün –yekun məntəqədə CQD-də TAP, 1 mlrd. kubmetr IGB interkonnektoru ilə birləşən Yunanıstan və Bolqarıstan üçün) imzalanmışdı.

World Energy Council müşaviri, Qlobal Qaz Center-in ekspertu Gülmirə Rzayeva ASTNA ilə söhbətində bildirib ki, Avropada qazın qiymətləri hazırda tarixi rekord minimumdadır - 1000 kubmetr üçün $150-160 dollar səviyyəsində. Lakin əlbəttə ki, qaz hasil edən Azərbaycanın özündə olduğu kimi heç də aşağı deyil.

Belə ki, SOCAR-ın yataqlarında qaz hasilatının maya dəyəri 60 manatdan azdır (2017-ci illə müqayisədə 2018-ci ildə 7,4% azalma).

Mədən vergisi nəzərə alınmadan, 2018-ci ildə SOCAR tərəfindən hasil edilən 1 min kubmetr qazın maya dəyəri 45,82 manat (2017-ci illə müqayisədə 9,09% azalma) təşkil edib.

2018-ci ildə şirkət üzrə qaz hasilatının maya dəyərinin əvvəlki ilə nisbətən azalması əsaslı təmir xərclərinin (21,7%), əsas vəsaitlərin amortizasiyası (2,1%) və texniki xidmət xərclərinin (21,7%), digər xidmətlər üzrə xərclərin (24,6%) və digər xərclərin (43,7%) azalması ilə əlaqədardır.

Maya dəyəri strukturunda əməkhaqqının xüsusi çəkisi 9,7%, maddi xərclər 4,2%, sosial sığorta ayırmaları 2%, amortizasiya ayırmaları 26%, təmir xərcləri 4,7%, əsas vəsaitlərə texniki xidmət xərcləri 8,3%,  nəqliyyat xərcləri  16,7% təşkil edib, qalanı digər xərclərdir.

Əhaliyə qaz əhaliyə təxminən 1 min kubmetr üçün 100 manata satılır.

“Əlbəttə, avropalı alıcılara qazı həmin qiymətə satmaq mümkün deyil. Axı, CQD çox böyük uzunluğa malikdir, çox xərc var. Bu cür qiymət nəinki CQD-nin xərclərini ödəməyəcək, həm də Azərbaycanın zərərlə üzləşməsinə səbəb olacaq”, - G.Rzayeva bildirib.

Qeyd edək ki, 2013-cü ildə SOCAR, “Şahdəniz” konsorsiumu və  Avropanın 9  şirkəti arasında bağlanmış 25 illik müqaviləyə əsasən qazın qiyməti, məsələn, İtaliya üçün 1000 kubmetrə görə  üçün $240 dollar olacaq və bu müqavilələr qanuni qüvvəyə malikdir.

Yəni, Avropa qazın qiymətində dempinq edir? Axı hazırda onu yeni mənbələrdən (əsasən ABŞ-dan LNG) alır və artıq çoxdur.

SOCAR-dakı məlumatlı mənbə ASTNA ilə söhbətində belə şərh verib: “Məlumdur ki, ÜTT hər zaman yerli bazarlarda dotasiya və preferensiyalara qarşı çıxır ki, ÜTT-yə daxil olmağa yönəlmiş ölkələr bunu nəzərə almalıdır.

Avropada hesab edirlər ki, nə özününkü, nə də başqasınınkı kimi diskriminasiyaya yol vermək olmaz. Bazar açıqdır, rəqabət şərtləri mövcuddur. Azərbaycan hələlik buna hazır deyil”.

Aİ ilə ziddiyyətin Azərbaycan qazının Avropada satışına dair mövcud və gələcək müqavilələrə təsirinə gəlincə, SOCAR-dakı mənbə əmin olduğunu bildirib ki, belə bir təsir olmayacaq.

“ÜTT ilə danışıqlar və qazın kommersiya satışına dair danışıqlar arasında əlaqə yoxdur. CQD-nin genişləndirilməsi üçün ilkin market-test bazar şərtləri ilə Xəzər regionundan Avropaya qaz nəqlinin artırılması perspektivlərinə marağın olduğunu göstərdi. Azərbaycan Aİ üçün vacibdir, çünki digər qaz mənbələrindən asılılığı azaltmağa kömək edir ki, bu da enerji təhlükəsizliyi strategiyasına cavab verir (ən azı üç mənbədən qaz). Və biz düşünürük ki, qazı əlverişli şərtlərlə nəql edə bilərik”, -  Aİ ölkələri ilə qaz danışıqlarının iştirakçısı olan SOCAR-ın nümayəndəsi qeyd edib.

Beləliklə, Əliyevin narahatlığı daha çox “populist xarakter” daşıyır ki, bu da əsasən “dəyişiklik dönəmində” dövlət rəhbərləri arasında yayılmış adi haldır.

 

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti