![İslam Partiyası seçkilərdə Milli Şuranın namizədini dəstəkləməyəcək](https://turan.az/resized/media/2013/main/090600048681-750-500-resize.webp)
İslam Partiyası seçkilərdə Milli Şuranın namizədini dəstəkləməyəcək
Bu gün İslam Partiyası gözlənilməz qərar qəbul edib. Belə ki, partiya qarşıdakı seçkilərdə Ədalət Partiyasının sədri İlyas İsmayılovu dəstəkləyəcəyini bəyan edib. Bu qərar AİP-in Baş Məclisinin cümə günü keçirilən iclasında qəbul olunub. Bu barədə Turan-a məclis üzvü Natik Kərimov bildirib. Onun sözlərinə görə, 24 nəfər bu qərarın lehinə olub, bir nəfər əleyhinə çıxıb, dörd nəfər bitərəf qalıb.
N.Kərimov qərarın əleyhinə səs verib. Milli Şurada partiyanı təmsil edən N.Kərimov prezident seçkilərində partiyanın keçmiş funksioneri Rövşən Əhmədli ilə birlikdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyəcəklərini bildirib.-05B-
-
- Cəmiyyət
- 6 Sentyabr 2013 14:45
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz