Ядигяр Садыглы
Müsavat Partiyası sədrinin müavini Lənkəran polis bölməsinə çağırılıb
Bakı/20.02.18/Turan: Ötən gün Müsavat Partiyası sədrinin müavini Yadigar Sadıqlı sosial şəbəkələrdəki statuslarına görə Lənkəran Rayon Polis İdarəsinə çağırılıb.
Polis rəisi İslam Hümbətov onunla "profilaktik söhbət" aparıb. Söhbət "Stalinin ölümü" filminin Azərbaycanda qadağan edilməsi və Heydər Əliyevin abidəsinin növbəti dəfə təmir olunmasına dair statusları ilə bağlı olub.
Y.Sadıqovun sözlərinə görə, söhbət etik çərçivədə keçib, ancaq sonda hər kəs öz fikrində qalıb. Söhbətdən sonra Y.Sadıqov buraxılıb.
Xatırladaq ki, 2013-cü ilin yayında Y.Sadıqov uydurma və siyasi motivli xuliqanlıq ittihamı ilə Lənkəran polisi tərəfindən saxlanılmışdı. O 6 il azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə əfv haqqında sərəncama əsasən vaxtından əvvəl azadlığa buraxılıb.-16D06--
-
- İqtisadiyyat
- 20 Fevral 2018 12:57
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz