Paşinyan növbədənkənar parlament seçkiləri keçirməyə hazırdır
Bakı / 25.12.20 / Turan: Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə baglı siyasi qüvvələrlə məsləhətləşmələrə hazırdır. Paşinyan bu barədə cümə günü özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, müxalifətin istefa tələbləri xalqın dəstəyini tapmadı.
"Baş nazir kürsüsündən yapışmıram, amma xalqın mənə verdiyi baş nazir vəzifəsini də ata bilmərəm" deyə o yazıb. Eyni zamanda, Paşinyan "xalqın qərarı ilə" baş nazir postunu tərk etməyə hazırdır.
Bunun cavabını tapmaq üçün yalnız bir yol var - növbədənkənar parlament seçkiləri keçirmək. Bu səbəbdən Paşinyan parlament qüvvələrini, eyni zamanda parlament olmayan partiyaları da məsləhətləşmələrə dəvət edid. -02D-
-
- Keçmiş Sovet məkanı
- 25 Dekabr 2020 21:44
-
- Cəmiyyət
- 25 Dekabr 2020 22:45
Siyasət
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
Rəy yaz