Prezident İlham Əliyev Çex Respublikasının sənaye nazirini və ATƏT-in baş katibini qəbul edib
Bakı/12.09.18/Turan: Çərşənbə günü dövlət başçısı İlham Əliyev Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafı müzakirə edilib.
Həmin gün İ.Əliyev Cənubi Qafqaza regional səfər çərçivəsində Bakıda olan ATƏT-in baş katibi Tomas Qremingeri də qəbul edib. -02D-
-
- Cəmiyyət
- 12 Sentyabr 2018 13:24
-
- Çətin sual
- 12 Sentyabr 2018 14:10
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz