QREKO AŞPA-da korrupsiyaya qarşı mübarizə üzrə tövsiyələr hazırlayıb
Strasburq/01.07.17/Turan: Cümə günü Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlər Qrupu (QREKO) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinin Davranış Məcəlləsinin qiymətləndirilməsini dərc edib.
Sənəddə Məcəllədə böyük nöqsanlar olduğu qeyd edilir və bir sıra düzəlişlər edilməsi zərurəti göstərilir.
QREKO sədri Marin Mrçela Assambleyanın qarşılaşdığı korrupsiya haqqında bəyanatlara cavab olarq atdığı addımları alqışlayıb.
"Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə bizdən başlayır. Əminəm ki, Parlament Assambleyası düzgünlüyün təmin edilməsi üzrə tədbirlərə yenidən baxılması və onların möhkəmləndirilməsi zamanı QREKO-nun fikrini diqqətə alacaq", deyə o bildirib.
QREKO bu qiymətləndirməni AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər üzrə komitəsinin xahişi ilə hazırlayıb.
Bu tədbirlərə xüsusən Azərbayan hakimiyyətinin bir sıra AŞPA deputatlarını öz tərəfinə çəkməsi haqqında qalmaqallar və Avropa Şurasının fikrinə məhəl qoymadan, faktiki olaraq Bəşir Əsədin diktator rejimini dəstəkləyən AŞPA sədri Pedro Aqramuntun əməlləri səbəb olub. -02D-
Siyasət
-
Çeçenistan, Baki-Qroznı marşrutu üzrə hərəkət edən Embraer 190 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar 28 dekabr tarixində matəm günü elan edəcək. Çeçen lideri Ramzan Kadırov tərəfindən imzalanmış fərman yerli "Çeçenya Today" xəbər agentliyi tərəfindən bildirilib.
-
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan xalqına başsağlığı verib
-
Ağ Ev cümə günü bildirib ki, prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və “baş verənlər barədə məlumatlandırılır”, Turan-ın müxbiri Vaşinqtondan xəbər verir.
-
Plastik cərrahiyyə fəaliyyətinə dair saxta sertifikatların verilməsinə görə Səhiyyə Nazirliyinin məmurlarına cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin 27 dekabr tarixli birgə məlumatında deyilir.
Rəy yaz