Nikol Pashinyan
Rəsmi Bakı hərbi əsirlərlə bağlı Paşinyanın ittihamlarına cavab verməyib
Bakı/03.10.22/Turan: Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı "erməni hərbi əsirləri azad etmək vədini yerinə yetirməkdən" imtinada ittiham edib.
O, Tvitter hesabında yazıb: “O, ilk dəfə may ayında Brüsseldə verdiyi vədi pozaraq imtina etdi, ikinci dəfə isə indi. Vaşinqtonda Azərbaycan 17 erməni hərbi əsiri sentyabrın 30-dək azad edəcəyinə söz verib”.
Erməni tərəfinin iddiasına görə, belə vəd sentyabrın 27-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə keçirilən görüşdə verilib.
Rəsmi Bakı hələlik bu ittihamlara cavab verməyib. 02D
-
- Aktual Reportaj
- 3 Oktyabr 2022 15:27
-
- Siyasət
- 3 Oktyabr 2022 15:43
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz