RF və Ermənistan xarici işlər nazirləri Qarabağ məsələsini müzakirə edəcəklər
Moskva/01.06.18/Turan: RF və Ermənistan XİN başçıları Sergey Lavrov və Zoqrab Mnatsakanyan iyunun 7-də Moskvada danışıqlar aparacaq. Danışıqların mövzusu ikitərəfli münasibətlər və Dağlıq Qarabağ nizamlanması olacaq. Bu barədə cümə günü RF XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artem Kojin bildirib.
"Ermənistan baş naziri Nikol Paşinyan və RF prezidenti Vladimir Putinin mayın 14-də Soçidə keçirilmiş görüşü kontekstində ikitərəfli əməkdaşlıqla bağlı geniş məsələlər spektrinin müzakirə olunması nəzərdə tutulur", deyə o bildirib.
"Dağlıq Qarabağ nizamlanması məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq", deyə o əlavə edib. -02D-
-
- Mədəniyyət
- 1 İyun 2018 15:28
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz