Tehranda hərbi təhsil sahəsində Azərbaycan-İran əməkdaşlığı məsələləri müzakirə olunub
Tehranda hərbi təhsil sahəsində Azərbaycan-İran əməkdaşlığı məsələləri müzakirə olunub
Milli Müdafiə Universitetinin rektorunun müavini, Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general Arif Həsənovun rəhbərliyilə Azərbaycan nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetinin rəisi, general-mayor İsmayıl Əhmədi Müqəddəmin dəvətilə bu ölkəyə səfər edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, nümayəndə heyəti İranın Ali Milli Müdafiə Universitetinin elmi və tədris bazaları ilə tanış olub.
Görüş zamanı əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin zəruriliyi vurğulanıb.
Azərbaycan nümayəndə heyəti İran Müdafiə Nazirliyinin istehsal etdiyi hərbi məhsulların nümayiş olunduğu sərgi ilə tanış olub, Komanda- Qərargah Akademiyasına və İran Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əməkdaşlıq İdarəsinə gedib.
Görüşlərdə hərbi təhsil məsələləri üzrə fikir mübadiləsi aparılıb, məlumatda deyilir.
-
- İqtisadiyyat
- 18 Yanvar 2024 12:26
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz