Açiq mənbələrdən foto.
Tofiq Yaqublunun vəziyyəti pisləşib
Bakı/12.06.20/Turan: Havanın istiləşməsi ilə əlaqədar həbsdə olan Müsavat partiyasının sədr müavini və Milli Şuranın üzvü Tofiq Yaqublunun səhhəti pisləşib, bu barədə Turan-a onun qızı Nigar Həzi bildirib.
"Atam astmadan əziyyət çəkir və havaların isti keçməsi öz təsirini göstərir. Düzdür, verdiyimiz dərman və sovqatını atama çatdırırlar, amma həbsxana şəraiti öz sözünü deyir", deyə o bildirib.
Onun sözlərinə görə, istintaq hələ yekunlaşmayıb. "Müstəntiq bildirib ki, ekspertiza rəyini gözləyir. Bundan sonra istintaq bitəcək və iş, çox güman ki, məhkəməyə göndəriləcək", deyə Həzi qeyd edib.
Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarəti yetirmə ittihamı ilə həbs edilib. Bu, prezident İlham Əliyevin müxalifətin ünvanına təhdid yer alan çıxışından bir neçə gün sonra baş verib.
Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər. Onun "cinayəti" park edilmiş avtomobilinə başqa maşının vurmasında və maşındakı şəxslərin Yaqubluya hücum etməsində özünü büruzə verib. Bu şəxslər sonradan Yaqublunun özünü ittiham ediblər.
Bir çox beynəlxalq təşkilatlar Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.
Müxalifətçinin tərəfdaşları həbsin əsl səbəbinin Yaqublunun hakimiyyətin siyasətini kəskin tənqid etməsi və Facebook-dakı nəşrləri olduğundan əmindirlər. -21B06-
-
- Maliyyə
- 12 İyun 2020 16:05
Cəmiyyət
-
Gürcüstan hüquq-mühafizə orqanları Marneulidə etnik azərbaycanlını həbs edib. Bu şəxs, səslərin bir dəstəsini seçki qutusuna atdığı anı əks etdirən və geniş beynəlxalq diqqət qazanan videoyla tanınıb, - deyə "Gürcü Arzusu" partiyasının siyasi şurasının üzvü və parlamentin sədri Şalva Papuvaşvili məlumat verib.
-
Oktyabrın 28-də Bakıda yenidən yağış yağdı. Beş gün əvvəl olduğu kimi, bu dəfə də paytaxtın küçələri və evləri su altında qaldı. Xoşbəxtlikdən, əvvəlkindən fərqli olaraq, su basan tunellərdə ölüm hadisəsi yaşanmadı. (Oktyabrın 22-də Sabunçu rayonundakı tuneli basan suda iki nəfər boğulmuşdu.)
-
Xaçmaz rayonunda göbələkdən zəhərlənənən iki qadın vəfat edib. Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, dünyasını dəyişənlər 46 və 41 yaşında olub.
-
Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Rəy yaz