Türkiyə Quru Qoşunları komandanlığı Bakıda
Türkiyə Quru Qoşunları komandanlığı Bakıda
Dekabrın 17-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyə Quru Qoşunlarının komandanı Tuncay Altuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Həmçinin nümayəndə heyəti Azərbaycan müdafiə nazirinin müşaviri Bəxtiyar Ersay ilə ayrıca görüş keçirib. Görüşdə Azərbaycan ordusunda Türkiyə Silahlı Qüvvələri modelinin tətbiqilə bağlı fikir mübadiləsi aparılıb.
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz