
USAİD-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri
Mikaela Meredis USAİD-in (United States Agency for International Development) Azərbaycandakı ofisinin yeni rəhbəri təyin edilib.
ABŞ-ın Bakı səfirliyinin məlumatına görə, xanım Meredis bundan əvvəl Vaşinqtonda rəhbər vəzifələrdə işləyib. USAİD-də 25 illik karyerası ərzində o, Yaxın Şərqdə, Afrikada və Şərqi Avropada işləyib.
1990-cı ildən etibarən USAİD proqramları çərçivəsində Azərbaycana 350 milyon dollar ölçüsündə maliyyə yardımı göstərilib. -0-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz