![Vladimir Putin Narkoloji Mərkəzdə insanların ölümü ilə bağlı başsağlığı verib](https://turan.az/resized/media/2018/main/030200008156-750-500-resize.webp)
Vladimir Putin Narkoloji Mərkəzdə insanların ölümü ilə bağlı başsağlığı verib
Bakı/02.03.18/Turan: Rusiya prezidenti Vladimir Putin Bakıdakı Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı 25 nəfərin ölümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
"Bakıdakı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğının faciəvi nəticələri ilə bağlı dərin başsağlığımızı qəbul edin. Həlak olanların ailələrinin dərdini bölüşür, onlara dəstək olduğumuzu bildiririk, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - Kremlin saytında dərc edilən məlumatda deyilir.-02D-
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz