
Vyanada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü
İyulun 12-də Vyanada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (RF) və Yan Kelli (ABŞ) ilə görüşü planlaşdırılıb. Bu barədə Turan-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, həmsədrlərin iştirakı ilə Məmmədyarovun Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla da görüşü keçiriləcək. -16D06-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz