Möhtərəm cənab Prezident!
Artıq bir aya yaxındır ki, tanınmış iqtisadçı, vətəndaş cəmiyyətinin fəallarından biri olan Cəfərov Natiq Mehman oğlu Nəsimi rayon Məhkəməsinin qərarı ilə , onun tərəfindən AR Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli şəxs qismində, 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Cəfərov Natiq ölkədə tanınmış iqtisadçılardan biridir və o, mütamadi olaraq kütləvi informasiya vasitəsiləri ilə hökümətə, ölkənin mövcud iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində praktiki təkliflər verirdi və onun belə praktik tövsiyələri vətəninə və onun inkişafına olan sevgisindən irəli gəlirdi.
Hörmətli cənab Prezident!
Son dövrlərdə ölkənin vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülmüş bu kimi ittihamlara xitam verilməsi bizdə dövlət və vətəndaş cəmiyyəti arasında normal dialoqun bərpa olunacağına inamı artırdı. Lakin, indi Natiq Cəfərlinin eyni maddələr üzrə istintaqa cəlb olunması və həbs olunması bizdə ciddi narahatlıq doğurur.
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının Prezidenti kimi məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olduğunuzu nəzərə alaraq, Natiq Cəfərovun işini şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik.
Hörmətlə,
Arzu Abdullayeva
Saadət Bənəniyarlı
Novella Cəfəroğlu
Mehman Əliev
Samir Əliyev
Zərduşt Əlizadə
Əvəz Həsənov
Qubad İbadoğlu
Aslan İsmayılov
Şəhla İsmailova
Ələsgər Məmmədli
Mirvari Qəhrəmanlı
Səidə Qocamanlı
Toğrul Cuvarlı
Rəy yaz