- Söz istəyirəm
- 14 Aprel 2015, 12:07
- 156
Beynəlxalq QHT-lər Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etməyə, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar
Beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri, müxtəlif ölkələrin siyasətçi və ekspertlərindən ibarət 45 nəfər dövlət başçılarına və beynəlxalq birliyə açıq məktubla müraciət edərək Bakıda keçiriləcək Avropa Oyunların boykot etməyə və Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsini nəzərə alaraq qərb hökumətləri insan hüquqlarının pozulmasına görə məsul olan yüksək vəzifəli şəxslərə viza verilməsinə qadağa qoymalı, Azərbaycanın dövlət qurumları ilə iqtisadi əməkdaşlığa son qoymalı, Bakıda Avropa Oyunları zamanı dövlət liderlərinin boykotunu təşkil etməli, Azərbaycanda vəziyyətlə bağlı parlament dinləmələri təşkil etməlidir.
Sonra məktubda bu cür çağırışların səbəbləri, siyasi məhbusların adları açıqlanır. -25В-
-
- Siyasət
- 14 Aprel 2015 12:39
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz