- Söz istəyirəm
- 13 Oktyabr 2016, 11:42
- 128
Cəmil Həsənli: Dostlar! Keçmiş Səhiyyə naziri Əli İnsanova münasibət...
Dostlar! Keçmiş Səhiyyə naziri Əli İnsanova münasibət Azərbaycan hüquq sisteminin hansı rəzalətin içində olduğunun aydın bir göstəricisidir. 11 il ağır şəraitdə günə-gün cəza çəkən yaşlı bir insan həbs müddətinin bitməsinə 9 gün qalmış həbs yerində həbs edilir. Adamın həbs yerində yenidən həbs edilməsi qisasçılığın hüquq müstəvisinə transferini açıqca ifadə edir. Bir neçə ilə öncə çıxışlarının birində cənab İlham Əliyev dedi ki, biz hüquqi dövlət qururuq, məhkəmələrimiz müstəqildir, kimsə yerli məhkəmələrin qərarından narazıdırsa Avropa İnsan Haqları məhkəməsinə müraciət edə bilər. Əli İnsanov etdi və Strasburq məhkəməsi dörd il öncə onun günahsızlığı haqqında qərar qəbul edti. Bu dörd il ərzində Avropa məhkəməsinin qərarı nəinki icra olunmadı, əksinə iki gün əvvəl heç bir hüquqa sığmayan saxta ittihamla Avropa məhkəməsində günahsızlığı sübut olunmuş 70 yaşlı adam haqqında Qaradağ məhkəməsi yeni həbs qəti imkan tədbiri seçdi. Açıq-aydın görünür ki, onun azadlığa çıxmasının qarşısını almaq üçün bu gülünc şərləmə məhkəmə hökmü ilə “möhkəmləndirilib”. Görünür kimlərsə 11 il ərzində hakimiyyətdən aman diləməyən, həbsxana divarları arasında əzmi və iradəsi daha da möhkəmlənən, cəmiyyətə fərqli xarakter nümunəsi verən Əli İnsanovun azadlığa çıxmasından bərk narahatdır.
-
- İqtisadiyyat
- 13 Oktyabr 2016 11:41
-
- Siyasət
- 13 Oktyabr 2016 11:45
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz