FUAD ƏLƏSGƏROVA ACIQ MÜRACİƏT

                                                  AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENT  ADMİNİSTRASİYASI                                                    “HÜQUQ  MÜHAFİZƏ  ORQANLARI  İLƏ  İŞ”  ŞÖBƏSİNİN  MÜDİRİ

                                                                  CƏNAB  FUAD  MURTUZ  OĞLU  ƏLƏSGƏROVA

 

                                                  A    C    I    Q          M    Ü    R    A    C    İ    Ə    T

 

 

“Dövlət iki şeydən sarsıla bilər:          günahkar cəzasız qalarsa,                        və günahsıza cəza verilərsə.”             (Heydər Əliyev, "Müstəqillik yolu" kitabından, Bakı, 1997)

 

                                                                                             

 

 

 

Salam hörmətli Fuad müəllim.

         Sizə müraciət etmək üçün heç də bəxtəvərlikdən Kütləvi İnformasiya Vasitələrindən istifadə etmirəm. Bir ildən artıqdır ki, mən nəticəsiz olaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətində baş verən sui-istifadə və korrupsiyanın təkzibedilməz faktları barədə məlumatı Sizə çatdırmağa çalışıram. Prezident Administrasiyasına adınıza məktublar göndərirdim –  cavab da gəlmirdi, heç bir reaksiya da olmurdu. Qəbulunuza düşmək üçün Prezident Adminisnrasiyasının elektron poçtuna müvafiq məktub göndərirdim. Qəbul gününüzdə prezident Administrasiyasına gəlirdim və eşidirdim ki, qəbula yazılanların siyahısında adım yoxdur, çünki göndərdiyim elektron məktubum onların eləktron poçtuna gəlməyib. Elektron poçtuma məktubumun çatdırılmasını təsdiq edən bildirişin gəldiyinə görə, qapıda duran mühafizə xidmətinin əməkdaşlarına – belə bir şeyin mümkünsüz olduğunu, başa salmaq cəhdlərim nəticəsiz qaldı və heçnəyi dəyişdirmədi.

         Qəbul gününüzdə Prezident Administrasiyasının qapısına yığılmış və nəyin bahasına olursa olsun qəbulunuza yazılmağa çalışan çoxsaylı insaların yaratdığı basabasda bir neçə dəfə əzilib, tapdalanmışam. Buraya toplaşan insanlar bir birini yalnız ona görə itələyib, əzirdilər ki, Prezident Administrasiyasının qəbul qaydalarına görə qəbula qabaqcadan yazılma yalnız cari ay üçün edilir, Sizin qəbul gününüz isə həmişə hər ayın birinci iş gününə təyin olunduğuna görə, qəbulunuza qabaqcadan yazılmaq mümkün olmurdu. Uzun sürən basabasdan sonra qəbul otağına daxil olmaqa nail olan, əzilən və əsəbələşən “bəxtəvərlər” xəbər tuturdular ki, qəbulu Sizin əvəzinə həmişə şöbənizin işçiləri keçirirlər. Bir neçə dəfə əvəzinizə işçilərinizin keçirdiyi qəbulunuzda olmuşam. İşlənmiş sxem həmişə işləyirdi: adınıza yazdığım şikayət ərizəsi Baş Prokurorluğuna, oradan isə haqqında sui-istifadə və qanunsuzluğu barədə yazdığım instansiyanın ünvanına göndərilirdi. Şikayət ərizəmə qoşulan qoşma məktubunda Baş Prokurorluq qanunvericiliyi kobud, məqsədyönlü və cəzasız pozan Əmək Müfəttişliyinin rəhbərliyindən nəzakətlə xahiş edirdi ki, onlar özləri ərizəmdə qeyd olunan faktları hərtərəfli araşdırıb, nəticəsi barədə Baş Prokurorluğa deyil, yalnız ərizəçiyə məlumat versinlər. QANUNUN keşiyində durmalı olan, nəzarət edib, cəzalandıran Baş Prokurorluq, sağlam düşüncəyə zidd olaraq, nədənsə haqlarında qanunsuz əməlləri barədə vətəndaşların yazılmış ərizələrini, həmin dövlət orqanlarının ünvanlarına  göndərən laqeyd poçtalyona çevrilib.

         Bundan əvvəl, mən iki ilə yaxın prokurorluq orqanlarında, rayon (Binəqədi) prokurorluğundan başlayaraq, şəhər və sonda Baş Prokurorluqda haqq-ədaləti tapmaq istəyirdim. Ötən il iki dəfə, 10.01.15. tarixində və təkrarən – 07.10.15. tarixində Baş Prokurorun birinci müavinin qəbulunda olmuşam. Baş Prokurorun birinci müavininin ədalətli araşdırmanın aparması barədə verdiyi söz və aşağı orqanlara verilən müvafiq göstərişlər heçnəyi dəyişmirdi: Dövlət Əmək Müfəttişliyi Xidmətinin binasında baş verən sui-istifadələrinin, prokurorluq “araşdırmaları” ünvanlarına göndərilən sorğu ya da daha diqqətli və daha hərtərəfli özləri tərəfindən araşdırmaların aparılması barədə növbəti nəzakətli xahişlərdən uzaqa getmirdi. Mənim suallarıma: “Niyə prokurorluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1. maddəsində nəzərdə tutulmuş (vəzifə səlahiyyətlərindən sui-istifadə), korrupsiya ilə bağlı vətəndaşların ərizələrini özü araşdırmaq əvəzinə, bunu (“Prokurorluq haqqında”, maddə 20., və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” maddə 7., AR Qanunlarına zidd olaraq) qanun pozucusundan(???) xahiş edir? Bunda məntiq və sağlam düşüncə varmı, görəsən? Məqər cinayətkar könüllü olaraq törədilmiş cinayəti etiraf edərmi?”, şəhər və baş prokurorluqlarında mənə bildiriblər ki,: “Yuxarıdan gələn xüsusi razılıq ya da dövlət orqanlarının öz razılığı olmadan, vətəndaşlardan daxil olan şikayət ərizələri əsasında dövlət orqanlarının fəaliyyətində qanunvericiliyinin icrasını yoxlamaq 2001-ci ildən başlayaraq onlara qadağan edilib. Hər bir dövlət orqanı korrupsiya faktı ilə daxil olmuş hər bir siqnalı özü araşdırır və əgər öz fəaliyyətində hər hansı qanun pozuntusu müəyyən edərsə, prokurorluq orqanlarına müraciət edir. Yalnız o zaman, və yalnız dövlət orqanının razılığı ilə prokurorluq yoxlamaya başlayır.”

       Doğrudanmı bu, prokurorluq orqanlarlarında mənə deyilən cəfəngiyyat – həqiqətdir? Əsl absurd teatrıdır – harınlamış məmurları məsuliyyətə cəlb etmək üçün həmin məmurların razılığı (?) alınmalıdır. Korrupsiyanın coşqun çiçəklənməsi üçün ideal şəraitdir, elə deyilmi?

       Problemin mahiyyətini qısaca izah edim. Üç il bundan əvvəl, oğlum işdə olarkən xidməti vəzifələrini yerinə yetirəndə onurğa sütununu zədələyib. Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının çoxsaylı pozuntuları ilə, çox aşağı əyarlı “təhqiqatın” imitasiyasını keçirib, oğlumun zədəsini istehsalatla bağlı olduğunu tanımaqdan imtina edib. Bunun üçün bütün gərəkli, aşağıda sadalanan sənədlərin olmasına baxmayaraq, imtina edib: baş verənləri təsdiq edən, müəssisənin ilkin aktı; onurğa sütununda zədəni təsdiq edən, tibbi rəylər; iki ay müddətli əmək qabiliyyəti olmamaq vərəqəsi; oğlumun səhhəti ilə bağlı bundan əvvəl hər hansı problemin olmadığını təsdiq edən, baş vermiş hadisədən əvvəl və sonra keçirilən tibbi müayinələrin arayışları; oğlumun yüngül işə keçirilməsi barədə tibbi rəy.

       Onurğa sütunun zədələnməsi oğlumun dözümlük və əmək qabiliyyətində özünü göstərir, bu da ailəsinin aylıq gəlirinə təsir edir. Bu biabırçı özbaşınalıq artıq üç ildir cəzasız qalır, nəticədə zədəli oğlum və onun ailəsi dövlət orqanı tərəfindən taleyin ümidinə atılıblar.

       Qüdrətli Milli Təhlükəsizlik Nazirliyinin bütün dolaşıq cinayətlərini aydınlaşdırmağı bacaran Baş Prokurorluq isə, istehsalatda bədbəxt hadisələrin gizlədilməsi ilə məşqul olan, istehsalatda zədələrin sayının ildən ilə azaldılması və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində vəziyyətin daimi yaxşılaşdırılması barədə ölkə rəhbərliyinə yalan məlumat verən – Dövlət Əmək Müfəttişliyi Xidməti adlı xırdaca dövlət orqanının çox sadə və açıq özbaşına əməlləri qarşısında, nədənsə, aciz qalır.

       Ümid edirəm ki, qəbulunuza düşə bilib, bu barədə əlimdəki sənədlərlə Sizə daha ətraflı məlumat verərəm və bu məsələni birdəfəlik və həmişəlik həll etmək Sizin üçün çətin olmayacaq. Ünvanım və əlaqə telefonlarım bütün yuxarıda qeyd olunan dövlət orqanlarında var, o cümlədən Prezident Administrasiyasında da.

                        Hörmətlə, Adil Əliosmanov.   14.04.2016.

                                                                                                                     

 

 

 

 

 

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti