- Söz istəyirəm
- 6 İyun 2014, 14:27
- 173
Mətanət Əzizovanın dövlət başçısına müraciəti
Prezidentin saytına daxil oldum və ona məktub yazmaq istədim.
“Sizə təşəkkür etmək istəyirəm. Bəli, mən, Mətanət – Qadın Krizis Mərkəzinin rəhbəri – Sizə çox sağ olun demək istəyirəm. Çox sağ olun ki, Rauf Mirqədirovun işi üzrə istintaq aparan prokurorluğun qanunsuz əməllərinə görə bir aydır oğlumu və həyat yoldaşımı görmürəm – yemək bişirmək, corab yumaq məcburiyyətində deyiləm.
Bir aydır ki, sərhəddə onların ölkədən çıxmasına qadağa var. Niyə? Səbəbi yoxdur, sadəcə prokurorluğun istintaq komissiyası belə istədi.
Yeri gəlmişkən, yayda ailəniz harada istirahət edəcək? Mənim ailəm heç yerdə, çünki prokurorluq icazə vermir. Qanunlar? Pozulub, nə olsun, axı prokurorluq belə istəyir, siz isə deyirsiz qanun, qanun...
Xoşunuza gəlmədi ?..
Oğlumun skoliozu var və sözün açığı, hər il may və oktyabr aylarında onu müalicə edirdim, bu dəfə edə bilmədim, bağışlayın, prokurorluq onun ölkəni tərk etməsinə icazə vermədi.
Evimdən müsadirə etdikləri oğlumun kompüteri haqqında heç düşünməyin, nə olsun ki, orda onun kitabları, essesi və digər sənədləri var idi, onlara görə institutda imtahan verə bilmədi. Boş şeydir.
Yeri gəlmişkən, psixoloqlar yatmazdan əvvəl uşaqları öpməyi tövsiyə edirlər, onda onlar sevgi hissi ilə böyüyürlər. Siz öz uşaqlarınızı öpürsünüz? Mən isə yox, prokurorluq mane olur... —0--
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz