Nobel mükafatçısı Xədicə İsmayılovanın müdafiəsinə qalxıb
Nobel sülh mükafatı 2003 laureatı, uranlı hüquq müdafiəçisi Şirin Ebadi Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılovanın müdafiəsinə qalxıb.
“Əzizim Xədicə. Mən hazırda Bergen şəhərindəyəm. Bu günlərdə burada keçirilən qadın hüquqlarına dair seminar dünyanın hər yerindən qadınları toplayıb”, - Ş.Ebadi yazıb.
“Sənin həbsin barədə məlumat alanda etiraz etdim. Burada olarkən mənim dostum və sənin həmkarın Məlahət Nəsibova sənin işin, sənə qarşı təqib faktları, söz azadlığıı olmadığından jurnalist və blogerlərin həbsi barədə ətraflı danışdı.
Söz azadlığı demokratiyaya doğru ilk addımdır. Özünü demokraik adlandıran ölkə jurnalistləri necə həbs edə bilər?”, - Ş.Ebadi vurğulayıb.
“Mən sənin cəsarətinə və qətiyyətinə heyranam. Sən ədalət məsələsini qaldırmaqla öz azadlığın və rifahınla risk etməkdən qorxmadın.
Əmin ol ki, sənin bu gün səpdiyin toxumlar gələcəkdə böyük ağac olacaq.
Sənin saldığın cığırı həmkarların davam etdirəcəklər. Səni azadlıqda görəcəyim günü səbirsizliklə gözləyirəm”, - Ş.Ebadi bildirib.02D-
-
- Foto sessiyalar
- 16 İyun 2015 21:38
-
- İqtisadiyyat
- 17 İyun 2015 01:28
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz