- Söz istəyirəm
- 20 Fevral 2017, 10:06
- 116
Orduxanın bacıları ilə bağlı baş verənlər bunun kiçicik bir epizodudur
Dostlar! Polis idarəsində blogger Orduxan Teymurxanlının bacılarının başına gətirilən müsibət, onlarla bağlı baş verənlər çox dəhşətlidir. Xaricdə yaşayan Orduxanın blogger fəaliyyətini dayandırmaq üçün təzyiq vasitəsi kimi bacılarının və yaxın qohumlarının polisə aparılması və başqasının fəaliyyətinə görə onların döyülməsi, təhqir edilməsi dəhşətli faktdır. Amma yeganə hadisə deyil. Biz tez-tez müxtəlif rayonlardan belə məlumatlar alırıq. Hazırda belə hallar Azərbaycan polis orqanlarının adı iş metoduna çevrilib. İlham Əliyevin Azərbaycan xalqına vəd etdiyi hüquqi dövlətin əsl mahiyyəti bax bundan ibarətdir. Hətta, XX əsrin ən böyük diktatoru İosif Stalin belə bəyan etmişdi ki, oğul atanın, ata oğulun, bacı qardaşın əməllərinə görə məsuliyyət daşımır. On minlərlə xalq düşməninin uşaqları ali məktəblərdə oxuyurdu. Orduxanın bacıları ilə bağlı aşkarlanan dəhşətli fakt bir daha təsdiq etdi ki, DİN konstitusyon nəzarətdən çıxıb, necə ki, az əvvəl keçmiş MTN konstitusyon nəzarətdən çıxmışdı. Mən hələ 2006-2007-ci illərdən mətbuatda yazırdım ki, polis işçilərinin kütləvi şəkildə təhlükəsizlik orqanlarına yüksək vəzifələrə təyin edilməsi böyük fəlakətlərə gətirib çıxaracaq, ölkənin təhlükəsizlik sisteminə ağır zərbə vuracaq. Elə də oldu. Amma keçmiş MTN, DİN-də, onun “Banditizm” idarəsində, ayrı-ayrı polis orqanlarında törədilən qanunsuz əməllərə ancaq həsəd apara bilər. Orduxanın bacıları ilə bağlı baş verənlər bunun kiçicik bir epizodudur.
-
- Bazarların icmalı
- 20 Fevral 2017 10:02
-
- Siyasət
- 20 Fevral 2017 10:25
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz