Bu hadisə 80-ci illərin əvvəllərində baş verib. Heydər Əliyev hökumət çimərliyində qayıqla üzərkən şahildən çox uzaqlaşıb. Qasırğa küləyi onu lap uzağa aparıb, mühafizəçilər isə sahildə qalıb.
Turan agentliyinin direktoru Mehman Əliyev o vaxtlar Buzovna çimərliyində xilasedici işləyirmiş. O, özünü qayığa çatdırıb və qayıqdakı adamı tanıyıb. Mehman qayığı saxlayaraq küləyin onu açıq dənizə aparmasının qarşısını alıb. Bu vaxta qədər mühafizəçilər özlərini yetiriblər və Heydər Əliyev xilas edilib.
Söhbət zamanı M.Əliyev soruşub: "Sən kimsən?" Mehman deyib: "Xilasedici. Bir də tək belə uzağa getməyin".
Sonralar H.Əliyevin adamları Mehmana təşəkkür edib, mükafatlandırılacağına işarə ediblər. Ancaq bu, baş verməyib. Deyiblər ki, onun hərəkəti unudulmayacaq. İndi budur, görünür, mükafat öz qəhrəmanını tapdı.
"Tarixin istehzası" fəlsəfə termini sosial sahədə insan səylərinin hədəfləri və alınan nəticənin üst-üstə düşməməsi fenomenini əks etdirir. İlk dəfə Hegel tərəfindən tətbiq edilib.
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz