Açıq mənbələrdən foto
"Qazaxıstan faktiki olaraq "sovet"ə qayıtdı
Sual: Tokjan, Qazaxıstanda baş verən hadisələri necə qiymətləndirirsiniz? Qazaxıstan dünyanın ən stabil ölkələrindən biri sayılırdı və uzun illər bu ölkədə nə inqilab vardı, nə də üsyan. Məlumdur ki, etirazlar yanacağın qiymətinin artmasından qaynaqlanıb. Lakin dinc etirazlar sonradan qaynar mərhələyə keçib. Nə baş verdi? Necə oldu ki, sosial etiraz siyasi etiraza keçdi? Zənnimcə, əsas məsələ budur.
Cavab: Bəli, gerçəkdən də etiraz maye qazın kəskin qiymət artımının ləğvi tələbilə başladı və bəlkə də bu məsələ operativ şəkildə həll edilsəydi, bununla da hər şey qurtarardı. Ancaq bu məsələnin həlli təxminən üç gün çəkdi: bildirdilər ki, qazın qiymətinin endirilməsi mümkün deyil, bizi ələ salırmışlar kimi, məsləhət gördülər ki, bütün narazılar ictimai nəqliyyatdan istifadə etsinlər, gah 85 təngəyə endirdilər, dedilər ki, daha çox endirmək mümkün deyil və 50 təngə barədə qərar verənə qədər, artıq qəzəblənmiş xalq başqa tələblər də irəli sürməyə başladı.
Bu cür "operativliyin" nədən irəli gəldiyini söyləmək çətindir, bu, qəsdən edildimi, yoxsa, sadəcə, dövlət menecerlərinin ağılsızlığı və qeyri-peşəkarlığından irəli gəldi? Amma nəticə göz qabağındadır.
Sual: İddia edirlər ki, bu etirazların arxasında kimlərsə dayanır. Rusiyapərəst adamlar hesab edirlər ki, bütün bunların arxasında Qərb, əsasən də ABŞ dayanır. Əksəriyyət isə bunda Rusiya izini görür. Sizcə, bu hadisələrə kimsə rəhbərlik edir, yoxsa bu, Qazaxıstan xalqının etirazıdır?
Cavab: Bu, Qazaxıstan xalqının etirazıdır, imperiyalıların gözünə isə hər yerdə "Amerika peçenyeleri" görünür. Onların anlayışında xalq öz fikri olmayan, tələb irəli sürə bilməyən axmaq bir sürüdür. Qazaxıstan hadisələrində Vaşinqtonun əlinin olmasından danışmaq gülünc və axmaqlıqdır.
Sual: Belə bir fikir də var ki, Rusiya SSRİ-ni bərpa etməyə çalışır və bu prosesə Qazaxıstandan başlayıb. Və bununla Rusiya həm də Qazaxıstanı dəstəkləyən türk dövlətləri İttifaqının qabağını almaq istəyir. Orada bu barədə nə düşünürlər?
Cavab: Rusiyanın SSRİ-ni bərpa etmək cəhdləri çoxdan müşahidə olunur. Bu proses öz başlanğıcını Belarusdan götürüb, Qazaxıstan ikinci ölkədir.
Sual:Qazaxıstan prezidentinin dəvətilə KTMT sülhməramlılarının timsalında Rusiya ordusu sizin ölkənizdədir. Xalq bu dəvətə, ölkəyə başqa ordunun yeridilməsinə necə reaksiya verdi? KTMT ordusu etirazlara son qoya biləcəkmi?
Cavab: Xalq mənfi münasibət göstərdi, bu, işğaldır. Qazaxıstanın öz ordusu və güc strukturları yetərli idi. 30 il ərzində onların təchizatına və saxlanmasına o qədər vəsait ayrılıb ki, heç bir problem olmadan asayişin qorunmasını təmin edə bilərdilər.
Sual: Etirazçıların çoxu bir neçə günlüyə həbs edilib. Həmçinin xeyli adam öldürülüb və yaralanıb. Bu yolla etirazı yatırmaq mümkün olacaqmı?
Cavab: Bəli, demək olar ki, xalq qana bələnib.
Sual: Baş verənlər 1988-ci il Azərbaycan Milli Hərəkatı ilə müqayisə edilir. Eyni zamanda, Qazaxıstanda adamların ölkəyə soxulan Rusiya ordusu tərəfindən qətl edilməsi Azərbaycanda 20 yanvar 1990-cı il faciəsilə eyniləşdirilir. Həmin hadisələrdən sonra Azərbaycan öz məqsədinə nail oldu və müstəqil oldu. Lakin eyni zamanda, onun suverenliyi təhlükə altına düşdü və Ermənistan Rusiyanın dəstəyilə Qarabağı işğal etdi. Və indi də narahatlıq var ki, əgər Qazaxıstanda etirazlar davam edərsə və etirazçılar uğur qazanarsa, Rusiya ölkənin suverenliyinə təhlükə yarada bilər. Qazaxıstanda bu təhlükə barədə düşünürlərmi?
Cavab: Şovinistlərin (Rusiya- qeyd red.) vaxtaşırı yada saldıqları sizdə Qarabağ, bizdə şimal ərazilərdir.
Sual: Sizcə, bu etirazlardan nə kimi ibrət götürmək lazımdır? Bu hadisələrdən sonra Qazaxıstanı nə gözləyir?
Cavab: Nə qədər acı olsa da, Qazaxıstan faktiki olaraq "sovet"ə qayıtdı.
Kamran Mahmudov
-
- Keçmiş Sovet məkanı
- 11 Yanvar 2022 14:45
Sual-cavab
-
Dövlət Departamentinin nümayəndəsi, Avropa və Avrasiya məsələləri üzrə Büronun Avropa təhlükəsizliyi və siyasi məsələlər İdarəsinin direktoru Liam Uesli Turan-ın Vaşinqtondakı müxbiri Aleks Raufoğlu ilə müsahibəsində NATO-nun Ukraynanın müdafiəsi ilə bağlı planları haqqında danışıb.
-
Ölkənin ən təcrübəli dövlət və siyasət adamlarından biri Sadettin Tantan Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı
-
Al-Jazeera kanalı Türkiyə bürosunun əməkdaşı Yılmaz Akıncı “Peşimdeki melek” adlı xatirələr kitabının işıq üzü görməsindən sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı
-
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fonduna rəhbərlik edən nüfuzlu ekspert Sabit Bağırov Turan agentliyinə eksklüziv müsahibəsində BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının tərəflərin 29-cu Konfransının (KX29) ev sahibi kimi ölkənin qarşıdakı roluna işıq salır.
Rəy yaz