Açiq mənbələrdən foto.
Rasim Məmmədovun işinin əsl səbəbi nədir?
Bakı/03.02.21/Turan: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun həbsi haqqında məlumatı təsdiq edib.
DTX-nin məlumatına görə, Şirkətin fəaliyyətinin araşdırılması zamanı Məmmədovun müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Məmmədova qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi açılıb.
Bu işi Turan-a şərh edən hüquq sahəsində ekspert Namizəd Səfərov deyib ki, Cinayət-Prosessual Məcəlləyə əsasən, qeyd edilən ittihamlar DTX-nin deyil, prokurorluğun səlahiyyətlərinə aiddir. Buna görə istintaqın DTX tərəfindən aparılması qanunsuzdur.
Bunun mümkün səbəblərindən biri siyasi elitanın maraqlarına toxunulması ola bilər. Belə ki, KİV-də gedən məlumata görə, Məmmədova qarşı cinayətlərin araşdırılmasının təşəbbüskarı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu və kürəkənidir.
Elə həmin mənbələrin məlumatına görə, Mehdiyev bu şirkətin əsas benefisiarı idi.
“Çox güman ki, bir müddət sonra iş ləngidiləcək və Məmmədovdan istədiklərini aldıqdan sonra onu sərbəst buraxacaqlar”, deyə Səfərov təxmin yürüdüb.
Maraqlıdır ki, “Baku Steel Company” adlı şirkəti 1990-cı illərdə İran əsilli xarici biznesmen Paolo Pərviz təsis edib. Şirkət offşorda – Men adasında qeydiyyatdan keçirilib. Sonradan o, bu müəssisəni satıb.
Hazırda “Baku Steel Company” adlı iki şirkət var – Men adasında qeydiyyatdan keçən şirkət və Azərbaycanda eyni adlı MMC.
Azərbaycandakı şirkətin təsisçiləri üç hüquqi şəxsdir, amma əsas benefisiarları müəyyən etmək qeyri-mümkündür – 2012-ci ildən etibarən Azərbaycan qanunvericiliyi firmalar özləri açıqlamasa, onların təsisçiləri haqqında məlumatları açıqlamağı qadağan edir.
Göründüyü qədər, bu, eyni şirkətdir və MMC-nin yaradılması vəsaitlərin offşorlara çıxarılması sxemini dolaşdırmaq məqsədi daşıyırdı.
Məmməduv bütün bu illər ərzində vaxtaşırı KİV-lərə “Baku Steel Company”-nin, yəni poladəritmə zavodunun sahibinin onun özü olduğunu bildirir, şirkətin Ramiz Mehdiyevə və ya yüksək vəzifəli məmurlardan başqa birinə məxsus olması haqqında məlumatları təkzib edirdi. -06B08/05-
Cəmiyyət
-
Çərşənbə günü paytaxtda hava dəyişkən olacaq. Səhər və axşam az yağış yağa bilər.
-
Bakıda keçirilən (11-22 noyabr) BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının açıqlanacağı gözlənir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünlərdə bildirib ki, bələdiyyə seçkiləri yanvarın 25-dən sonra keçiriləcək.
-
Çərşənbə axşamı Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Bazar günü, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Rəy yaz