“Gəncə işi” üzrə məhkəmə davam etdirilib
Bakı/15.07.21/Turan: Bu gün, iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla, 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə davam etdirlib. Bu günki iclasda vəkillərin müdafiə çıxışları olub. Müdafiə tərəfi Yunis Səfərovdan başqa digər təqsirləndirilən şəxslərə bəraət istəyib.
Məhkəmə iyulun 29-də vəkillərin müdafiə çıxışları ilə davam etdiriləcək.
Məhkəmə prosesi mayın 25-dən təxirə salınmışdı.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakimlər kollegiyası zərərçəkən kimi tanınan Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin anlaqlı olub-olmamasının müəyyənləşdirilməsi üçün tibbi ekspertiza keçirilməsi barədə qərar verib. Vəkillər bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib.
Ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində Elmar Vəliyevdəpsixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Bundan sonra, bu gün, iyulun 15-də məhkəmə prosesi davam etdirilib.
Dövlət ittihamçısı əvvəlki məhkəmə prosesində Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18-20 il həbs istəyib.
Bu gün təqsirləndirlən şəxslərin yaxınları məhkəmə binasının qarşısında hakim Əfqan Hacıyevə etiraz olaraq aksiya keçirib.
“Mənim bacım oğlumu ermənilər öldürüb. Terrorçu ermənilərdir. Məhkəmə Əfqan Hacıyevin sdərliyi ilə terrorçu ermənilərə 6 ay həbs verir və sonra onları ölkələrinə göndəriblər. Amma, Azərbaycan vətəndaşlaına zülm edirlər, bizim övladlara ömürlük, 20 il həbs istəyirlər. Biz bəraət tələb edirik. Bu ölkə Xanlar Vəliyev (hərbi prokuror) və onun qardaşı Elmar Vəliyevdən ibarət deyil,” təqsirlənirilənlərdən birinin anası deyib.
Digər etirazçı Elmar Vəliyevin psixikaslnda pozğunluq yaranması ilə bağlı ekspert rəyini şübhə altına alıb.
“Elmar Vəliyevdə psixi pozğunluq yoxdur. Onun istirahətini pozmaq istəmirlər. O məsciddə ayaqqabısını çıxarmadan girib, məhz bu hərəkəti psixi pozğun adamlar edər,” digər etirazçı deyib.
3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.
Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.
Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.
Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.-03B-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz