Açiq mənbələrdən foto.
Media cameəsinin nümayəndələri prezident İlham Əliyevi KİV haqqında yeni qanunu imzalamamağa çağırıblar
Bakı/14.01.22/Turan: Ölkə KİV rəhbərləri, jurnalist təşkilatları və ekspertlərdən ibarət qrup prezident İlham Əliyevə müraciət edərək media haqqında yeni qanun layihəsini imzalamamağı və onu yenidən işlənmək üçün parlamentə qaytarmağı xahiş ediblər.
Müraciətin müəllifləri sözügedən qanunun məzmunu ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək qeyd edirlər ki, bu, ictimai müzakirələr olmadan, müstəqil KİV və hüquqşünasların rəyləri nəzərə alınmadan hazırlanıb parlamentə təqdim edilib.
Belə ki, qanun layihəsinin mətni parlament komitəsinin müzakirəsindən cəmi bir gün qalmış açıqlanıb: “Qanun layihəsinin mətni açıqlandıqdan sonra dar zaman kəsiyində layihənin mürtəce, media və ifadə azadlığı standartları ilə üst-üstə düşməyən məzmununun yaxşılaşdırlmasına xidmət edən təkliflər paketini hazırlayıb, təqdim etmişik. Ancaq təəssüflər olsun ki, irəli sürdüyümüz vacib təkliflər də diqqətsiz qalıb. Milli Məclis yekunda texniki məzmunlu bir neçə dəyişiklik etməklə layihəni qəbul edib.
Məzmunu media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir. O, kimin qanuni jurnalistika fəaliyyətilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir. Qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm “İnformasiya əldə etmək haqqında” qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil”, - müraciətdə deyilir.
“Biz bu müraciətimizlə sizdən “Media haqqında” qanunu imzalamamanızı, onu yenidən işlənmək üçün parlamentə geri qaytarmanızı xahiş edirik”, - müraciətdə vurğulanır.
Müraciəti Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycanda İnternetin İnkişafı Forumunun sədri Osman Gündüz, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, media eksperti Qulu Məhərrəmli, media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev imzalayıblar. 06В-
-
- İqtisadiyyat
- 14 Yanvar 2022 16:46
-
- Cəmiyyət
- 14 Yanvar 2022 18:00
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Rəy yaz