Açiq mənbələrdən foto.
Gəncədə sovet bolşeviklərinin adları əbədiləşdirilmiş olaraq qalır
Bakı/04.04.22/Turan: Gəncədə bəzi şəhər parkları acınacaqlı vəziyyətdədir. Parklar dövlət tərəfindən unudulub, baxımsız vəziyyətə düşüb, orada vəhşi itlər yaşayır, bəzi heykəllər isə sovet-kommunist keçmişini simvolizə edir, odur ki, şəhər sakinləri bu istirahət yerlərinə getmir.
Gəncə dəmir yolçuları parkında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün postamenti çatlayıb, iri çatlar uzaqdan görünür. Bu 1991-ci ildən - ölkənin müstəqilliyinin bərpasından sonra Azərbaycanda ADR-in qurucusuna qoyulmuş ilk büstdür.
Ancaq şəhərdə Rusiya vətəndaş müharibəsinin qəhrəmanı Vasili Çapayevin yaxşı vəziyyətdə olan divar lövhəsi-barelyefi var. Gəncədə divarda bolşevik Ayna Sultanovanın xatirə lövhəsini görmək olar. Sovet respublikalarının gerblərinin divar barelyefləri də qorunub saxlanılıb.
Heydər Əliyev parkında, Yeni Gəncə yaşayış massivində Mirzə Şəfi Vazehin təsviri olan böyük mozaikalı pannoda qonaqların əhatəsində erməni poeziyasının klassiki Xaçatur Abovyanı görmək olar.
Rəsulzadənin çatlamış büstünün olduğu parkın baxımsız vəziyyətdə olması ADR-in elan olunduğu şəhər - Gəncə şəhər administrasiyası üçün xüsusilə utancvericidir, Gəncə sakini, vətəndaş fəalı Orxan İsmayılov Turan-a deyib.
Gəncəlilər arasında Rəsulzadə parkı adlanan dəmir yolçular parkı 2014-cü ildə ziyarətə bağlanıb, o vaxtdan burada heç bir təmir işi aparılmayıb. 2010-2015-ci illərdə guya təmir müddətində Rəsulzadənin büstünün üzərinə torba keçirilib. Şəhər ictimaiyyəti bu torbanı böyük şəxsiyyətə hörmətsizliyin təzahürü kimi başa düşüb. Çoxsaylı müraciətlər nəticəsində 4 dekabr 2015-ci ildə rüsvayçı torba götürülüb və məlum olub ki, təmir işləri aparılmayıb. İcra Hakimiyyəti mətbuata bildirib ki, park "Azərbaycan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin balansında olduğuna görə bütün sualları oraya ünvanlamaq lazımdır.
2014-cü ildə dövlət başçısının ehtiyat fondundan Gəncədə təmir-abadlıq işlərinə 5 milyon manat ayrılıb. 2018-ci ildə "tikinti-abadlıq işlərinin davam etdirilməsi üçün" Gəncə şəhərinə 10 milyon manat vəsait ayrılıb. Ayrı-ayrılıqda yolların tikintisinə, "İmamzadə" kompleksinin bərpasına və ictimai yerlərin işıqlandırılmasına milyonlarla manat ayrılıb. Amma "Rəsulzadə parkı"nın sahmana salınması üçün ölkədə bir manat da tapılmayıb?
Orxan İsmayılov yerli hakimiyyətin park siyasətinə aydınlıq gətirilməsi tələbilə Gəncə Şəhər İcra Hakimiyyətinə və “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinə məktublar göndərib. Məktublarda Azərbaycan və digər xalqların azadlığının boğulmasında əli olan kommunist liderlərin adlarının hansı əsasla Gəncədə əbədiləşdirildiyi soruşulur. Yerli hakimiyyətdən cavab veriblər ki, vətəndaşın iradları baxılmaq üçün “səlahiyyətli təşkilat”a göndərilib. -0--
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Rəy yaz