![Buzovnada su maxinasiyaları (3)](https://turan.az/resized/media/2022/main/081700049706-750-500-resize.webp)
Buzovnada su maxinasiyaları (3)
Bakı/12.08.22/Turan: Buzovna qəsəbəsində su maxinasiyaları haqqında iş dayanıb və bir addım belə irəliləmir.
Turan-a Azərsu ASC su şirkətinin və polisin göz yumması nəticəsində dələduz tərəfindən aldadılan vətəndaşlardan yeni müraciət daxil olub.
Təkcə bizim əldə etdiyimiz məlumatlara əsasən, dələduz beş nəfərə su təchizatı sisteminə qoşmağı vəd edərək, onlardan 5400 manat alıb. Onlar sistemə qoşulub, evlərə su da gedib, amma tezliklə Azərsu-nun qonşuluqdakı abunələrinin etirazı nəticəsində qanunsuz qoşulmalar ləğv edilib. Bu zaman Azərsu-nun və polisin göz yumması ilə 4 dəfə sistemə qanunsuz qoşulmağa cəhd olunub.
Bu zaman polis aldadılmış vətəndaşların və Azərsu-nun onlara müraciət etməsi faktını inkar edib. Polis də, Azərsu da vasitəçinin adını gizlədib.
Şikayətçilər suya qoşulmaq üçün pul köçürdükləri kredit kartının fotoşəklini bizə təqdim ediblər. Bu, Kapital Bank-ın Razu Cəfərovun adına olan kartıdır.
Həmçinin, məlum olub ki, ən az üç nəfərin şikayəti iyunun 26-da Xəzər rayon 2-ci polis bölməsinə daxil olub və indiyədək oradadır.--0--
-
- İqtisadiyyat
- 17 Avqust 2022 16:36
-
- Cəmiyyət
- 17 Avqust 2022 17:20
Cəmiyyət
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Rəy yaz