president.az
Azərbaycan silahlı qüvvələrinin və hərbi sənaye kompleksinin qüdrətini daha da artıracaq - İ.Əliyev
Bakı/10.01.23/Turan: "Azərbaycan artıq elə bir silahlı qüvvə yaradıb və yaradacaq ki, bununla hesablaşmamaq özünəqəsd sayılmalıdır".
Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən deyib.
Prezident bildirib: "Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir".
Dövlət başçısı qeyd edib ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
“Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq, deyə prezident daha sonra bildirib.
Azərbaycan ilk növbədə, öz tələbatını maksimum təmin etməlidir. «Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq”.
Prezident qeyd edib ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik.
“Əlbəttə, bu, ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcək. Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?”, - deyə Prezident İlham Əliyev vurğulayıb.-0-
-
- Siyasət
- 10 Yanvar 2023 20:35
Siyasət
-
Avropa Şurasının milli azlıqların qorunması haqqında Çərçivə Komissiyası üzrə Məşvərət Komitəsi Azərbaycanla bağlı növbəti - beşinci hesabatını dərc edib. Avropa Şurasının məlumatında eyd edilir ki, Azərbaycan çoxmillətli ölkə olaraq etnik mədəniyyəti, dil və dini dözümlülüyü və hörməti təbliğ etməyə çalışır.
-
İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra Noyabrın 18-də COP29 çərçivəsində Bakıda mətbuat konfransı keçirib. Turan Agentliyi ona belə bir sual verib: Aİ yaşıl enerjinin Azərbacandan Avropaya nəqli layihələrinin həyata keçirilməsinə necə kömək edə bilər?
-
Noyabrın 18-də COP29-da "yaşıl zonada" təkadamlı etiraz aksiyası keçirilib. Aksiyanı COP29-da texniki işçi olan İsmayıl Cəfərsoy keçirib. O bildirib ki, 500-dən çox işçinin hüquqları pozulur, əmək haqları ödənilmir. Onun sözlərinə görə, noyabr ayı üçün qəbul edilmiş işçilərə gündə 20 manat ödəniş vəd edilmişdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı müəssisənin kameralarında pəncərələrin bağlanmasına etiraz edərkən əli zədələnib. Bu barədə Turan-a noyabrın 18-də ona baş çəkən vəkil Aqil Layıc bildirib.
COP29 ərəfəsində Bakıya insan haqları çağırışları... – Rüfət Səfərov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Siyasət,
- 16:28
- 316
-
- Cəmiyyət,
- 14:20
- 325
-
- Siyasət,
- 13:50
- 313
-
- İqtisadiyyat,
- 12:39
- 453
-
- Siyasət,
- 11:33
- 711
Rəy yaz