Dövlət Departamenti B.Hacıyev və T.Yaqublunun işi ilə “ciddi” məşğul olduğunu bildirir
Vaşinqton/14.01.23/Turan: Dövlət Departamenti cümə günü Azərbaycanda son həbslər ilə “ciddi məşğul olduğunu” bildirib.
Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat brifinqində hökuməti tənqid edən Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsi ilə bağlı TURANın sualına cavabında deyib: “Bu, bizim ciddi şəkildə müraciət etdiyimiz və birbaşa qaldırdığımız məsələdir”.
"ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qətiyyətlə sadiq qalır və bu halda biz bir daha Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc ifadə hüququna hörmət etməyə çağırırıq", - Patel deyib.
Fəal Hacıyev dekabrın əvvəlində saxlanılıb və ona “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamı irəli sürülüb
Tanınmış müxalifət xadimi və hakimiyyətin sərt tənqidçisi olan Yaqublu dekabrın 23-də Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə Bakının mərkəzində keçirilən etiraz aksiyasında saxlanılıb.
Hər ikisi Azərbaycan hakimiyyətinin qanunsuzluğuna etiraz olaraq hazırda həbsxanada aclıq aksiyası keçirir.
TURANın müxbirinin bu həftə xarici işlər naziri Ceyhun Bayramovla son telefon danışığı zamanı dövlət katibinin köməkçisi Karen Donfrid tərəfindən bu halların qaldırılıb-qaldırılmaması ilə bağlı sualına Patel belə cavab verib: “Bu, bizim çox diqqət yetirdiyimiz bir məsələdir və mən bir daha təkrar edəcəyəm ki, biz bu həbslərdən dərin narahatıq və hakimiyyətdən onları tez bir zamanda azad etməyə çağırırıq”. -0-
-
- Siyasət
- 13 Yanvar 2023 22:20
Siyasət
-
Çərşənbə axşamı G7 ölkələrinin aparıcı diplomatları Rusiyanın Ukraynaya qarşı son eskalasiyasını qətiyyətlə pisləyərək Kiyevə "daimi dəstək" vəd ediblər, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Anar Məmmədlinin həbsindən verdiyi şikayətinə baxılıb.
-
Noyabrın 26-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabitləri etiraz aksiyası keçiriblər.
-
Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.
Rəy yaz