Açiq mənbələrdən foto.
Azərbaycanın Laçın dəhlizini açmaq üçün tələbləri - KİV
Bakı/18.01.23/Turan: Çərşənbə günü Ermənistanın "Qrapark" nəşri yanvarın 17-də Qarabağ separatçılarının lideri Araik Arutyunyanın Qarabağ "parlamentinin deputatları" ilə görüşü haqqında məlumat yayıb. Arutyunyan Azərbaycanın Laçın dəhlizini açmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb.
Bu tələblər belədir: Ruben Vardanyanın qovulması, "Kaşen" (Qızılbulaq) mədəninin işinin dayandırılması, Laçında Rusiya nəzarət-buraxılış məntəqəsində rentgen skanerlərinin quraşdırılması və orada Ermənistandan Qarabağa və əks istiqamətdə yük daşımalarına nəzarət edəcək Azərbaycan nümayəndəsinin iştirakı.
Bundan başqa, 44 günlük müharibə başa çatdıqdan sonra tədarük edilən ağır hərbi texnika Qarabağdan çıxarılmalıdır.
Arutyunyanın sözlərinə görə, bu tələblər sülhməramlılar vasitəsilə çatdırılıb, amma ermənilər onları qəbul etməyib, "çünki dəhlizin yenidən bağlanmayacağının zəmanəti yoxdur", deyə "Qrapark" yazır.
Ermənistan mənbələrinin məlumatına görə, dünən Qarabağda sülhməramlıların komandanı general Volkovun iştirakı ilə Bakı nümayəndələrinin Araik Arutyunyanla görüşü keçirilib. Azərbaycan tərəfdən DİN başçısı, Baş Qərargah rəisinin müavini və daha bir rəsmi şəxs iştirak edib. 02D
-
- Siyasət
- 18 Yanvar 2023 17:26
Siyasət
-
Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib.
-
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Din Xadimlərinin Forumu keçirilir. Forum “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.
-
Azərbaycan prezidenti İlham Əliyev Müqəddəs Milad bayramı münasibətilə Roma Papası Fransiskə təbrik ünvanlayıb.
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
Rəy yaz