Açiq mənbələrdən foto.
TƏBİB ehtiyacı olan uşaqların boy uzadan dərmanlarla təmin edilməsini dayandırıb
Bakı/13.10.23/Turan: Artıq 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı dərman preparatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən xəstələrə verilmir. Bu barədə məlumatı həkim Aydın Əliyev verib.
Onun sözlərinə görə, yüzlərlə ehtiyacı olan uşaqlara bu preparat "naməlum" və "qaranlıq" səbəblərdən verilmir: "Qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər".
Məsələ ilə bağlı TƏBİB-dən Turan-a bildirilib ki, uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi "Novo Nordisk" əczaçılıq şirkəti tərəfindən istehsal olunur: "2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb".
Qurumdan vurğulanıb ki, yaranmış problemin aradan qaldırılması məqsədilə TƏBİB tərəfindən dərhal zəruri addımlar atılıb: "Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub". 06B
Rəy yaz
Cəmiyyət
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
2 rəy
Huseynli Gültəkin
2024-03-23
04-18-2011.Boy1,53.Cəki 37
Qafarov Həbib
2024-03-25
Salam mənim.nevəmin.7yasi.var.1ci.sinfe.gedir.cox.balacadi.zeyfdi.burda.yazrlarki.dovlet.terefinden.pulsuz.dermanar.verilir.hara.nuraciyet.edek.