![Bəxtiyar Hacıyev](https://turan.az/resized/media/2023/main/021700058541-750-500-resize.webp)
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev kritik vəziyyətdədir - vəkil
Bakı/17.02.22/Turan: İctimai fəal Bəxtiyar Hacıyev 40 gündür aclığı davam etdirir. O, dünəndən sudan imtina edib və quru aclığa keçib, bu barədə Turan-a fevralın 17-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkən vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, Hacıyev həddindən artıq çəki itirib və bu gün çəkisi 66,7 kq-dır. O, gəzməkdə çətinlik çəkir və hazırda yataqdadır. Otağında daim Müalicə Müəssisəsinin əməkdaşı növbə çəkir ki, təcili hallarda tibbi yardım çağırsın.
"Bəxtiyar Hacıyev kritik vəziyyətdədir, onun həyatı təhlükədədir", deyən vəkil əlavə edib ki, israrlara baxmayaraq, fəal aclığı dayandırmaqdan imtina edib.
Öz növbəsində, həkim-professor Adil Qeybulla Hacıyevin quru aclıq etməsini həddindən artıq təhlükəli hesab edir.
"Bəxtiyar həqiqətən də quru aclıq edirsə, bu, onun sağlamlığı üçün həddindən artıq təhlükəlidir", deyə Qeybulla bildirib. Bir insan susuz və yeməksiz maksimum iki həftə dayana bilər, çünki qan qatılaşır və böyrəklərin funksiyası pozulur. Amma Bəxtiyar Hacıyevin artıq uzun müddətdir aclıq etdiyini nəzərə alaraq, onun limiti xeyli azdır. Buna görə quru aclıq orqanizmdə dönməz patoloji dəyişikliklərə səbəb ola bilər", deyə Qeybulla qeyd edib. В06
-
- İqtisadiyyat
- 17 Fevral 2023 13:59
-
- Maliyyə
- 17 Fevral 2023 14:12
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz