Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir
Bakı/23.06.22/Turan: Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir. Bu barədə jurnalist Elsevər Muradzadə “Turan” Agentliyinə məlumat verib.
Muradzadənin sözlərinə görə, bugün, iyunun 22-də səhər jurnalistlər Nərgiz Absalamova, Nigar Mübariz və onu Gədəbəy rayonun Söyüdlü kəndinə polislər buraxmayıblar:
"Alternativ yollarla kəndə girmişdik. Bir az öncə Gədəbəy rayonunun polis tərəfindən zorla Gədəbəydən çıxarıldıq. Nərgiz ilə Nigarın telefonu əlindən alındı və fiziki zorakılığa məruz qaldılar. Polis rəisi bildirdi ki, ancaq icazəli media kənddə qala bilər".
Muradzadə vurğulayıb ki, hazırda Bakıya qayıdırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə “Turan”a bu məlumatı təkzib edib:
"Nə saxlanılma, nə də döyülmə olub. Cəfəng məlumatdır".-0-
Cəmiyyət
-
Bələdiyyə seçkiləri ilə əlaqədar heç bir beynəlxalq müşahidəçi dəvət edilməyəcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
-
Dekabrın 3-də Sumqayıt şəhərində 5 mərtəbəli yaşayış binasında baş verən partlayışın səbəblərini müəyyənləşdirmək məqsədilə təhqiqat aparılır, araşdırma başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq, səhər və axşam yağış gözlənilir. Səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 6 +8, gündüz müsbət 8 + 11, rütubət 70-80 faiz olacaq.
-
Azərbaycanın ipəkçilik və toxuculuq sənayesinin görkəmli simalarından biri olan İbrahim Mustafayev bazar ertəsi səhər paytaxtda yolu keçərkən avtomobil vurması nəticəsində dünyasını dəyişib. Onun 86 yaşı vardı.
Gürcüstanda aksiyalar nə ilə nəticələnək? – Elxan Şahinoğlu Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:36
- 401
Rəy yaz