![Devlet Bahçeli](https://turan.az/resized/media/2018/main/100600007372-750-500-resize.webp)
Devlet Bahçeli
Ümumi əfv Türkiyə iqtisadiyyatına necə təsir göstərəcək?
AKP iqtidarına verdiyi açıq dəstəkdən konkret mənfəətlər əldə etmək istəyən MHP lideri Bahçeli "Həbsxanalar ağzına qədər dolub, üsyanlar ola bilər" məntiqi ilə əfv istəsə də heç kimə sirr deyil ki, onun məqsədi "dolu həbsxanaları boşaltmaq" yox, öz tərəfdarlarını azadlığa çıxarmaqdır. MHP lideri bunun üçün 20 ildən bəri həbsdə olan mafiya liderini "milliyyətçi dostum" deyə həbsxananın hospitalında ziyarət etməkdən belə çəkinmədi.
24 iyun seçkiləri ərəfəsində əfv qanunu qəbul etmək mümkün olmasa da MHP öz təkidindən əl çəkmədi və son günlərdə məlum oldu ki, əfvə dair qanun layihəsini uzun müddət mafiya liderinin vəkili olmuş hazırkı MHP millət vəkili hazırlayıb. İctimaiyyətin qabağında AKP geniş əhatəli əfv məsələsinə təmkinli yanaşsa da işin pərdə arxasında MHP ilə razılığa gəldiyi heç kimdə şübhə doğurmur.
AKP-ni bu işdə narahat edən bir neçə məsələdən biri ümumi əfvin partiyanın bundan sonrakı reytinqinə necə təsir edəcəyidir. Zira, 1) Türkiyənin tarixində nadir hallarda geniş əhatəli əfv qanunları qəbul edilib; 2) Əfv qanunu qəbul edən hökumətlər seçkidə məğlub olublar. Bunun son örnəyi 22 dekabr 2000-ci ildə Demokratik Sol Partiyası (DSP), Milliyyətçi Hərəkat Partiyası və Ana Vətən Partiyasının (ANAP) qəbul etdiyi əfv qanunu idi ki, koalisiya hökumətinin üç ortağı da 3 noyabr 2002-ci ildə 10%-lik ölkə baryerini keçə bilməyib məclisdən kənarda qalmışdılar. O vaxtdan bəri Türkiyədə geniş əhatəli əfv qanunu qəbul edilməyib.
MHP-nin gündəmə gətirdiyi yeni əfv qanun layihəsi "Əfvdən kim faydalana bilər?" sualından çox "Əfvdən kim faydalanmamalıdır?" sualının müzakirəsi ilə gündəmi məşğul edir.
Adama elə gəlir ki, 2 ildən bəri AKP iqtidarına qeydsiz-şərtsiz dəstəyi MHP sanki geniş əhatəli əfv qanunu qəbul etdirərək həbsdəki tərəfdarlarını azad etdirmək üçün verirmiş. Müxalifət partiyalarını və ictimaiyyətin böyük hissəsini isə "Əfvin hansı suçlulara şamil ediləcəyi" və "Həbsxanaların bir müddətdən sonra yenidən dolub-dolmayacağı"na dair suallar narahat edir. Belə ki, iqtidar partiyasını dəstəkləmələri şərti ilə bəzi mafiya liderlərinin (məsələn, Sedat Peker) azad edilməsi cəmiyyətdəki gərginliyi daha da artırıb.
Devlet Bahçelinin əfv istədiyi bu tip adamların həbsdən azad edilmələri, xüsusilə, etnik zəmindəki kin-küdurət duyğularını nə dərəcədə körükləyəcək? Görünən mənzərə bundan ibarətdir ki, MHP lideri Bahçelini "həbsxanalarda üsyan ola biləcəyi" bəhanəsi ilə öz tərəfdarlarını azad etdirməyə çalışmasının əsas səbəbini də elə bu motiv təşkil edir: sürüşkən etnik zəmində "öz milliyyətçiləri"ni öz ətrafında daha sıx konsolidə edə bilmək. Bəs belə bir sərt atmosfer ciddi iqtisadi böhran yaşayan ölkəyə əcnəbi sərmayə gəlməsinə əngəl törətməyəcəkmi? Görünən mənzərə MHP-nin bunu vecinə də almadığını və ümumi əfv məsələsini gündəmdə saxlamaqla AKP-ni də buna məcbur etdiyini göstərir. Geniş əhatəli əfvin iqtisadiyyata və martda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkisinə neqativ təsirlərini MHP hesaba qatmadığı kimi, AKP də bunları düşünmə nöqtəsindən uzaqlaşıb.
Türkiyədəki geniş əhatəli əfv qanun layihəsi prizmasından Azərbaycandakı əfvin anatomiyasına baxanda dünyada analoqu olmayan bir mənzərə ilə rastlaşırsınız. Belə ki, hər il bir neçə dəfə gündəmə gələn, bu və ya digər dərəcədə reallaşdırılan əfv mexanizminə baxanda sanki o ölkədə nə prokurorluq, nə də məhkəmə orqanlarına ehtiyacın olduğuna dair fikir hasil olur. Polis həbs edir, sanki prokurorluq ittihamnaməsini və məhkəmə hökmünü də heç kimə zəhmət vermədən özü yazır. Hökmlərin əksəriyyəti məhkumları məmnun etmir və ümid dövlət başçısının əfv fərmanlarına qalır.
Türkiyə hələ ki öz hüquq sistemini o nöqtəyə gətirə bilməyib. İndiki vəziyyətdə ənənəyə sadiq qalaraq Məclisdə əfvə dair qanun qəbuletmə proseduruna əməl edilir. Ancaq Türkiyənin də sürətlə əfv fərmanı nöqtəsinə tərəf irəlilədiyini qeyd etmək lazımdır.
-
- Mədəniyyət
- 6 Oktyabr 2018 15:16
-
- Böyük Şərq
- 6 Oktyabr 2018 16:52
Böyük Şərq
-
Rusiyadan böyük miqdarda təzminatla yanaşı, 8 dekabrda devrilən diktator Bəşər Əsədi tələb etmək Ankaranın Dəməşqə verdiyi ağlın məhsuludur: dövlət başçısı Putinin Orta Şərq üzrə özəl təmsilçisi Mixail Boqdanovun Dəməşqdə keçirdiyi görüşün ertəsi günü mətbuat katibi Peskovun “Heyət göndərmək istəyirik” şəklindəki açıqlaması dialoq yollarını açmaqda Moskvanın çox çətinlik çəkdiyini göstərir. Bəli, Tartus və Lazkiyyə bazalarıyla yanaşı Xmeymimdəki hərbi kəşfiyyat stansiyasının taleyi də havadan asılı qalmışkən Dəməşqin müvəqqəti idarəsinin çox kəskin tələblərini Dmitri Peskov şərh etmək istəmədiyi kimi, bu tələblərin hansı güzəştlərlə minimizə ediləcəyi də məlum deyil.
-
PKK terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısı Abdulla Öcalanın azad edilməsi üçün Milliyyətçi Hərəkat Partiyasının axıra qədər qərarlılıq nümayiş etdirəcəyi görünür. İşin görünməyən tərəfi MHP lideri Devlet Bahçelinin bu qərarlılığın mənbəyini haradan almasıdır: öz iradəsidir, yoxsa, xüsusilə Suriyada cərəyan edən proseslər çərçivəsində əldə edilmiş razılaşmada bu işin podratçılığını cənab Bahçeli öz üstünə götürdü?
-
Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar.
-
Since closely observing Turkish politics from 1991, I have witnessed police operations predominantly targeting Kurdish-oriented parties and politicians, with necessary arrests leading to imprisonment and a relative calming of the situation, followed by the constitutional court shutting down the Kurdish party in the political arena.
Rəy yaz