10-larla qurbanlıq heyvan tələf olub
Bakı/21.08.18/Turan: Qurban yarmarkası üçün Siyəzəndən gətirilən onlarla qurbanlıq heyvanın tələf olduğu bildirilir.
Turan-ın məlumatına görə, Siyəzəndən Bakıya gətirilən heyvanlar yük maşınında havalandırma sisteminin olmaması səbəbindən boğularaq tələf olub.
Tələf olan xırdabuynuzlu heyvanların sayının 60-dan çox olduğu bildirilir.
Hadisənin şahidlərinin bildirdiyinə görə, 70-ə yaxın xırdabuynuzlu qurbanlıq heyvan Siyəzən rayonundan gətirilib. Həmin heyvanların Nizami rayonundakı Milord restoranının yaxınlığındakı yarmarkada satışa çıxarılacağı planlaşdırılıb. Ancaq yarmarkaya çatdıqdan sonra heyvanların havasızlıqdan boğulduğu məlum olub. Yalnız bir neçə heyvan sağ qalıb.
Sosial şəbəkələrdə tələf olan heyvanların kəsilməsi, ətinin satışa çıxarılması barədə bilgilər yayılsa da, Qida Təhlükəsizliyi Agentliyi həmin məlumatları təkzib edib.
Turan-ın məlumatına görə, agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib ki, aidiyyatı olan qurumlar hadisəni dərhal nəzarətə götürüblər.
"Hadisə yerində lazımi tədbirlər görüldü. Tələf olan qoyunlar yığışdırılıb. Onların satışına icazə verilməyib", deyən agentlik sözçüsü hüquq mühafizə qurumlarının da öz səlahiyyətləri çərçivəsində gərəkli addımları atdığını ifadə edib.--0--
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz