Akif İsmayıov isə deyib ki, onların cəbhə xəttini keçməsinə səbəb Qəbələ Rayon Məhkəməsinin ədalətsiz hökmüdür
“Oğlum Sərxan İsmayıllı kiçik miqyaslı davanın şahidi olub. Lakin istintaq onu təqsirləndirilən şəxs qismində işə cəlb edib. Hara yazdıq nəticəsi olmadı. Qəbələ Rayon Məhkəməsi onu 1 il azadlıqdan məhrum etdi. Digər şəxsə isə 1 il 6 ay “iş” verdilər. Halbuki, həmin şəxsə maksimum 15 sutka düşürdü. Çünki elə də böyük dava olmayıb. İki gənc bir-birlərilə süpürləşiblər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, fevralın 27-də Qəbələnin aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəlib və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildirir."Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb: "Ağdam rayon polis şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal Qəbələ rayonuna yola salınıb. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".
Bu gün Kötüklü kəndinin bir sakini Turan-ın müxbirinə bildirib ki, sakinlər Ağdamdan Qəbələyə gətirilib və azad buraxılıb. Onun sözlərinə görə, hazırda hüquq- mühafizə orqanları sakinlərin erməni tərəfinə keçməsinə səbəb olan faktları və ya onları kimlərinsə təxribat məqsədi ilə qızışdıraraq belə hərəkətə vadar etməsini araşdırır.
Öz növbəsində İkram Nəbiyev Turan-a müsahibəsində bildirib ki, ittihamları tam əsassız hesab edir və qəbul etmir.
“Bu məsələ çözülüb. Burada mənlik bir iş yoxdur. Hadisənin kökündə cinayət işi durur. Cinayət ediblər, cinayətin üstü açılıb. Məhkəmədə araşdırlıb müvafiq cəzanı alıblar. Bununla razılaşmırlar. Burada mənim hər hansı günahım yoxdur”, - o qeyd edib.
İ.Nəbiyev hüquq- mühafizə orqanlarına ifadə verdiyini təsdiq edib.-03В-
-
- İqtisadiyyat
- 1 Mart 2016 13:49
-
- İqtisadiyyat
- 1 Mart 2016 14:11
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 336
Rəy yaz