![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/102000052828-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Ali Məhkəmə Eldar Həsənovun övladlarının əmlakının müsadirəsi barədə qərarı ləğv edib
Bakı/19.10.22/Turan: Ali Məhkəmə iqtisadi cinayətlər ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın Serbiyadakı keçmiş səfiri və ölkənin keçmiş baş prokuror Eldar Həsənovun kassasiya şikayətini qismən təmin edib.
Xüsusən, vəkil Cavad Cavadovun verdiyi məlumata görə, Ali Məhkəmə Həsənovun üç övladının - Anar Həsənov, Emiliya Qurbanova və Səbinə Hüseynovanın əmlakının müsadirə edilməsi haqqında qərarı ləğv edib.
Eyni zamanda sabiq baş prokurorun həyat yoldaşı Elmira Həsənovanın əmlakının bir hissəsinin müsadirəsi barədə qərar ləğv edilib.
Müdafiə tərəfi həmçinin hökmün mahiyyəti üzrə kassasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, Eldar Həsənov 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən XİN-in Konsulluq Xidmətinin bir neçə digər işçisi ilə birlikdə həbs edilib.
Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi onu CM-in 179.3.2 (mənimsəmə və israf), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitindən təyinatı üzrə olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilib və onu 10 il müddətinə azadlıqdan məhrum edib. Apreldə Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Maraqlıdır ki, Həsənovla eyni zamanda həbs edilmiş bənzər miqyasda oğurluqda ittiham olunan XİN-in digər üç yüksək vəzifəli əməkdaşı çox qısa müddət sonra həbsdən azad edilib və sonradan şərti cəzaya məhkum edilib.
Həsənov özü məhkəmədə bildirib ki, prezident administrasiyasının yüksək vəzifəli nümayəndələri tərəfindən ona qarşı fitnələrinin qurbanı olub. 06В
-
- İnsan Hüquqları
- 20 Oktyabr 2022 15:02
-
- Maliyyə
- 20 Oktyabr 2022 15:12
Cəmiyyət
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
Rəy yaz