Apellyasiya məhkəməsi Arif Yunusu həbsdə saxlayıb
Abid Abdinbəyovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi (BAM) konfliktoloq Arif Yunusun həbs müddətinin avqustun 5-dək uzadılması ilə bağlı şikayətini təmin etməyib.
Vəkil Əfqan Məmmədov Turan-a bildirib ki, A.Yunus həbs müddətinin uzadılmasının və cinayət işinin özünün qanunsuz olduğunu bildirib.
A.Yunus Nəsimi məhkəməsinin hakimi Babək Pənahovun həbs müddətinin uzadılması barədə qərarın qəbulunda xüsusi canfəşanlıq göstərdiyini deyib.
Vəkil həbs müddətinin uzadılmasını əsassız və ədalətsiz hesab edir.
İstintaq bunu onunla izah edib ki, müttəhim azadlıqda qalarsa “şahidlərə təsir göstərmər nüfuzundan isifadə edərək istintaqdan yayına bilər”.
Vəkil həmçinin qeyd edib ki, A.Yunusa qarşı heç bir istintaq hərəkətləri aparılmır.
Onun həbsdə saxlanması səhhətinə mənfi təsir göstərir. Belə ki, A.Yunus həbsdən öncə hipertonik böhran keçirib və ürək-damar xəstəliklərindən əziyyət çəkir.
*A.Yunus 2014-cü il avqustun 5-də - həyat yoldaşı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.
Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkiları onları “vicdan məhbusları” kimi tanıyıb.-03/06B-
-
- Cəmiyyət
- 27 Fevral 2015 12:32
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz