Apellyasiya Məhkəməsi AXCP fəallarını həbsdə saxlayıb
Bakı/17.03.18/Turan: Martın 16-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) altı üzvünün barəsində 15 sutkadan 20 sutkaya qədər inzibati həbslə bağlı şikayəti təmin etməyib. Onlar martın 10-da Bakıda müxalifətin mitinqi ərəfəsində saxlanılıblar.
Xatırladaq ki, partiya Rəyasət Heyətinin üzvləri Aqil Məhərrəmli, Xətai şöbəsinin üzvü Tahir Ağayev, Binəqədi şöbəsinin sədr müavini Yalçın Abdullayev və həmin şöbənin fəalı Hikmət Əliyev 15 sutka həbs ediliblər.
Xətai şöbəsinin sədr müavini Faiq Nağıyev və Binəqədi şöbəsinin fəalı Bəşir Tarıverdiyev 20 sutka alıblar.
Vəkil Əsabəli Mustafayev Turan-a bildirib ki, həbs olunanların hamısı inzibati xəta törətməkdə - polisə tabe olmamaqda təqsirli biliniblər.
Vəkilin sözlərinə görə, əslində onlar özləri çağırış əsasında polisə gediblər, ancaq rəsmi çağırış vərəqəsi olmayıb.
Vəkil deyib ki, öncə fəalları polisə martın 4-5-də çağırıblar. Sonra martın 6-7-də yenidən çağırıblar və məhkəmə qərarları ilə həbs ediblər. Odur ki, polisə tabe olmamaqdan söhbət gedə bilməz.
Apellyasiya Məhkəməsi polis şöbəsində müşahidə kamerasındakı qeydlərə baxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Vəkil bildirib ki, irəlidə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.-06D--
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 248
Rəy yaz