![Namiq Cəfərli](https://turan.az/resized/media/2018/main/031600008583-750-500-resize.webp)
Namiq Cəfərli
Apellyasiya məhkəməsi infoaz.org saytının şikayəti təmin etməyib
Bakı/16.03.18/Turan: Bu gün, martın 15-də Bakı Apellyasiya Məhkəməsində infoaz.org xəbər saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı 1 saylı İqtisadi-İnzibati Məhkəməsinin çıxardığı qərardan verilmiş şikayətinə baxılıb.
Bu barədə saytın rəhbəri Namiq Cəfərli özü məlumat verib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsin hakimi Ülvü Mayılovun sədrliyi ilə keçirilən iclasda infoaz.org saytının şikayəti təmin edilməyib. Hakim Ülvü Mayılov kifayyət qədər subutların olmadığını əsas gətirərk iddianı təmin etməyib. Saytın rəhbəri isə bildirib ki, qəradan razı deyil və Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək.
"Açığı Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxaracağını gözləmirdik. Azərbaycan məhkəmələrinin necə işlədiyi hər kəsə bəllidir. Burda möcüzə axtarmağa ehtiyyac yoxdur. Ona görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyik. Bu vaxta qədər rəhbərlik etdiyim infoaz.org saytının bloklanması ilə bağlı Azərbaycanda müvafiq qurumlara, sayı-hesabı olmayan dərəcədə dəfələrlə müraciət etmişik. Lakin məsələ ilə bağlı ətraflı cavab ala bilməmişik", - deyə N.Cəfərli bildirib.
Namiq Cəfərlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova da qərardan narazı olduğunu bildirib.
Vəkil bildirib ki, Azərbaycanda saytların bloklanmasl ilk hal deyil.
"Bundan əvvəl də saytlar bloklanıb və bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirib. Ona görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcəyik".--0--
Cəmiyyət
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
Rəy yaz