ASAN Xidmətdən yaşayış yerindən arayış almaq mümkün olacaq
Ötən gün prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi, lisenziyalaşdırma prosedurunun elektronlaşdırılması və yaşayış üzrə qeydiyyat zamanı şəffaflığın artırılmasına dair tədbirlər haqqında fərman imzalayıb.
Bundan sonra Mənzil-İstismar İdarəsindən verilən yaşayış üzrə arayışları ASAN xidmətdən almaq mümkün olacaq. Belə ki, yaşayış yeri üzrə arayışlar avtomatlaşdırılmış sistemin məlumatlarından istifadə etməklə elektron qaydada veriləcək.
İqtisadiyyat Nazirliyinə və ASAN xidmətə tapşırılıb ki, xüsusi icazələrin (lisenziyalar), şəhadətnamələrin, sertifikatların və sahibkarlıq fəaliyyəti üçün vacib olan digər sənədlərin verilməsi məqsədilə “Elektron lisenziya” portalı yaradılsın.
DİN-ə tapşırılıb ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin barəsində arayış formasını bir ay ərzində müəyyən etsin.
Həmçinin DİN-ə ASAN Xidmət və DİN-in qeydiyyat və şəxsiyyət vəsiqəsinin verilməsi üzrə qurumlarında fərmanın birinci hissəsində nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsini təmin etmək həvalə olunub.
Dövlət Miqrasiya Xidməti Azərbaycan vətəndaşlığının müəyyən edilməsi haqda sorğulara baxılması zamanı DİN ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata dair elektron mübafilə məlumatlarını və digər zəruri informasiyanı təmin etməlidir.
Nəqliyyat Nazirliyinə tapşırılıb ki, ASAN Xidmət mərkəzlərində sərnişindaşımanı həyata keçirmək üçün takşı maşınlara xüsusi icazənin (lisenziya) və “Fərlənmə nişanı”nın verilməsi üzrə xidməti təmin etsin.06D-
-
- İqtisadiyyat
- 1 Sentyabr 2015 12:38
-
- Cəmiyyət
- 1 Sentyabr 2015 12:48
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz