Avqustda hava isti olacaq
Bakı/02.08.19/Turan: Avqustda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacaq. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 22-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək yüksələcək) olacaq, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, 6-8 mm. olacağı gözlənilir.-03D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 294
Rəy yaz