![Avropa kuboklarının pleyy-off mərhələsində �Qarabağ� və �Neftçi�nin potensial rəqibləri müəyyənləşib](https://turan.az/resized/media/2019/main/080500020723-750-500-resize.webp)
Avropa kuboklarının pleyy-off mərhələsində �Qarabağ� və �Neftçi�nin potensial rəqibləri müəyyənləşib
Bakı/05.08.19/Turan: Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsi üçün püşkatma keçirilib. Püşkatma nəticəsində Azərbaycanın "Qarabağ" və "Neftçi" klubları potensial rəqiblərini tanıyıblar.
Beləliklə, "Qarabağ" üçüncü təsnifat mərhələsində Kiprin APOEL komandasına qalib gələrsə, Çempionlar Liqasına düşmək üçün PAOK (Almaniya) - Ayaks (Hollandiya) oyununun qalibi ilə oynayacaq.
Kiprlilərə məğlub olarsa, Avropa Liqasının qrup mərhələsinə düşmək üçün "Sutyeska" (Çernoqoriya)-"Linfild" (Şimali İrlandiya) matçının qalibi ilə oynayacaq.
"Neftçi" klubu üçüncü təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandasına qalib gələrsə, Avropa Liqasına düşmək üçün "Malme" (İsveç)- "Jrinski" (Bosniya-Herseqovina) matçının qalibi ilə oynayacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin matçları 20/21 və 27/28 avqust tarixlərində keçiriləcək.
"Qarabağ" avqustun 6-də səfərdə, avqustun 13-də isə Bakıda APOEL ilə oynayacaq. "Neftçi" avqustun 8-də Bakıda, avqustun 15-də isə səfərdə "Bney Yehuda" ilə oynayacaq. -71D-
-
- Cəmiyyət
- 5 Avqust 2019 16:46
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz