AXCP daha iki fəalın saxlandığını bildirir
Bakı/04.02.19/Turan: Azərbaycan Xalq Cəbhəs Partiyasından (AXCP) daha iki fəalın saxlandığı açıqlanıb. Bu barədə Turana AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib.
Onun sözlərinə görə, fəallardan Elnur Cabbarlı fevralın 3-ü axşam saatlarında evlərindən Abşeron rayon Polis Şöbəsinə aparılıb:
"Amil Məmmədzadəni isə bu gün, fevralın 4-ü saat 16 radələrində saxlayıblar və o Suraxanı rayon Polis İdarəsinə gətirilib".
İlham Hüseyn vurğulayıb ki, gənclərin saxlanması siyasi fəallıqları ilə bağlıdır:
"Ehtimal edirəm ki, onlara da 20-25 sutka inzibati cəza verilə bilər".
Bu deyilənlərə, hələlik, adları çəkilən polis idarələrindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Axşama doğru məlum olub ki, Məmmədzadə 25 sutka müddətinə inzibati həbsə məhkum olunub.
AXCP-dən verilən məlumata görə, təkcə bu ilin yanvar ayında 30-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa bu partiyanın 10-a yaxın fəalı hazırda uzunmüddətli həsbdədir. Partiya onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs edildiyini bəyan edib.Amma rəsmilər ölkədə insanların siyasi baxış və fəaliyyətlərinə görə, təqib olunduğu ilə bağlı iddiaları əsassız sayırlar.--0--
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz