Azərbaycan alimin çoxbilgin fəaliyyətinə beynəlxalq miqyasda dəyər verilmişdir
Londonun məşhur Wiley nəşriyyatında 2018-ci ilin dekabr ayında Britaniyalı iqtisadçı, beynəlxalq münasibətlər və neyroelm üzrə mütəxəssis, qlobal jurnalist və İslam incəsənəti üzrə dünyanın ən böyük sənət muzey kolleksiyası olan məşhur Khalili Collections"in (Xəlili Kolleksiyalarının) bədii rəhbəri Waqās Ahmedin "The Polymath. Unlocking the Power of Human Versatility" ("Çoxbilgin. İnsan hərtərəfliyinin gücünü üzə çıxarmaq") kitabı işıq üzü görmüşdür. Kitab çoxbilginlik fenomeninə həsr olunmuşdur. Çoxbilgin"in (polimat"ın) qısa təsviri belədir: "Bir-biri ilə bağlı olmayan çox müxtəlif sahələrdə yaradıcı fəaliyyət göstərən çoxyönlü insan".
Kitab tarix boyu mövcud olmuş çoxbilginlər haqqında məlumat verməklə yanaşı çoxbilginliyin nəzəri əsaslarını vermişdir. Çoxbilginlik fenomeni elm adamları, filosof və psixoloqlar tərəfindən müzakirə olunub maraqlı tədqiqat mövzusu olsa da, bu kitab çoxbilginlik haqqında ilk monoqrafik əsərdir. Bu kitabda çağdaş dövrün, 20-21-ci əsrlərin azsaylı məşhur çoxbilginləri sırasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da təqdim olunmuşdur. Kitabda Hamlet İsaxanlının çoxbilgin kimi fəaliyyəti ayrıca təhlil olunmuş, onun əsər və fikirlərindən çoxsaylı alıntılar edilmişdir.
Digər tərəfdən, beynəlxalq "Stackexchange" saytı da professor Hamlet İsaxanlının adını 20-ci əsrdə dünyanın məşhur "Çoxbilgin"ləri ("Polymath") sırasına daxil etmiş, onu qısaca belə təqdim etmişdir:
Hamlet Isakhanli (born 1948) is a professor of mathematical-physical sciences, mathematician, poet, social scientist, scholar of history of education, literature and culture, founder of university, founder and co-founder of various organizations, entrepreneur, writer, translator (Hamlet İsaxanlı, 1948 doğumlu, riyaziyyat-fizika elmləri üzrə professor, riyaziyyatçı, şair, sosial elmlər, təhsil, ədəbiyyat və mədəniyyət tarixi üzrə mütəxəssis-alim, universitet təsisçisi, müxtəlif təşkilatların təsisçisi bə həmtəsisçisi, sərbəst təşəbbüs sahibi, yazıçı, tərcüməçi).
Qeyd edək ki, Stack Exchange elm tarixi və riyaziyyat sahəsində çox aktiv müzakirələrin aparıldığı, çox məşhurların da yazdığı, fəal iştirak etdiyi bir saytdır. -0-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz