Azərbaycan əlilliyi olan şəxslərin çap məhsullarına əlçatımlılığını asanlaşdıran müqaviləyə qoşulub
Bakı/08.10.18/Turan: Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulub. Bu barədə sənədi Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-yə üzv dövlətlərin Baş Assambleyasının bu il oktyabrın əvvəlində İsveçrənin Cenevrə şəhərində keçirilən 58-ci toplantısında təşkilatın baş direktoru Frensis Qarriyə təqdim edib.
Azərbaycan Əqli Mülkiyyət Agentliyinin məlumatına görə, bu il iyunun 12-də prezident İlham Əliyev "Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında qanunu imzalayıb. Azərbaycan Mərakeş Müqaviləsinə qoşulan 42-ci ölkə olur. Azərbaycan üçün bu müqavilə 2018-ci il dekabrın 24-dən qüvvədə olacaq.
Müqavilə dərc olunmuş əsərləri kor, görmə qüsurlu və çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün daha əlçatan etmək məqsədilə 2013-cü il iyunun 27-də Mərakeş şəhərində qəbul edilib.
Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatan formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.
"Mərakeş Müqaviləsində iştirak Azərbaycanın bu sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, eləcə də bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcək", - Kamran İmanov qeyd edib.-03D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 249
Rəy yaz